Читать книгу Acı həyat. Roman онлайн
32 страница из 89
Axşam olurdu. Uğur evə gəldi qapını açarla açdı. Mələk mən gəldim səslədi. Mələk mətbəxtdən səsləndi, – Uğura: gəl dostum xoş gəldin deyərdim, sözünün ardını demədi. Mələk yaxşı bilirdi ki, Səlim çoxdan mağazaya gəlib Uğurdan soruşmuşdu özünü. Uğur gəlib mətbəxtdə əyləşib baxdı, – Mələyə: hə gəldi soruşdu səni. Uğurada xəcalət olmuşdu Səlimin dəliləşməsi. Mələk heç kefini pozmadan yeməyin altını söndürüb, – Uğura: dərd etmə məni özünə. İşdə az yorulmursan, birdə başdan xarab xalan oğlunu düşünəcək deyilsən. Boş qabları götürüb, yeməkdən çəkib gətirib qoydu masaya. Mələk – Uğura: qalx əlini yu, hadi ye yat dinlən. Uğur Mələyin ürəyinin necə gözəl olduğunu artıq anlamışdı, qalxıb əllərini ordaca yuyub əyləşdi. Mələk çörəkdə, salatda, başqa hazırladıqlarınıda masaya qoyub, əyləşdi. Uğur zarafatla, – Mələyə: mm gözəl qoxur yeməklər. Mələkdə zarafatla – Uğura: içinə biraz ədviyyat qatdım, ötən axşamdakı kimi uğurlu alınmaya bilər deyə. Zarafatla Uğurun dadsız yemək hazırlamasna işarə etdi. Uğurun xoşuna gədi yemək, – Mələyə: gərçəkdən ağzım dada gədi, əllərinə sağlıq. Mələyin iştahı olmasada, artıq söz soruşub Uğurunda iştahını qaçırmaq istəmədi. Nuş olsun Uğur bəy. Uğur gülümsəyərək, – Mələyə: dostum de yetər Mələk xanım. Mələk yeməkdən bir qaşıq yedi, yenə fikirə daldı. Uğur baxdı ancaq bir söz demədi, yeməyini yedi.