Главная » Acı həyat. Roman читать онлайн | страница 31

Читать книгу Acı həyat. Roman онлайн

31 страница из 89


Beləçə o bir günü Uğur mağazada çalışırdı. Səlim gəldi, salam verib əyləşdi. Uğur çalışdı Səlim bilməsin Mələyin özüylə olduğunu. Uğur sakit sifarişi hazırlayırdı. Səlim – Uğura: neçəsən? baxmadan – Səlimə: gördüyün kimi. Səlim nəsə şüphəli baxaraq – Uğura: iş yoldaşın zəng etmədimi sənə? çalışmayacaqmı artıq. Uğura dönmədən – Səlimə: etmədi, bilmirəm hardadır. Səlim şüphələndi, – Uğura: mən demədim ki, sən bilirsən o hardadır. Uğur bir anlıq səhv dediyi sözünə düzəliş verməyə çalışdı. Dönüb – Səlimə: bax Səlim mənim sifarişlərim var, çalışmağım lazımdır. Çalışdığım bu sürəcədə, bir dəfə yaxşı çalışan və gözəl əl qabilyəti olan bir işçi tapdığıma sevinmişdim. Gəldin onuda davalaşıb kənarlaşdırdın, artıq nə lazımdır? qoy işimi görüm. Səlim kinlə gülümsəyərək, – Uğura: hə çox gözəl əl qabilyəti vardı iş yoldaşının, başını işarə etdi. Uğur dərindən nəfəs alıb, – Səlimə: nə istəyirsən qızdan? bax şikayət etdin cəzasını kəsəcəklər. Günah deyilmi bu etdiyin? İnan qız bilsə burası sizin mağazanızdır, heç çalışmazdı. Sud nə cəza verəcəksə razıdır, sən əl çək yazıqdır qız. Səlim qarşısına gəlib dayndı. Biraz baxıb – Uğura: o tanımadığın pislik məndən dəyərlimi oldu sənə? sözlərinlə şaşırırsan məni xala oğlu. Uğur bir anlıq baxdı, – Səlimə: unutdunsa xatırladım sənə xala oğlu. Sən məni qəfil vurub yıxdığında, Mələk mənə yardım etdi qaldırdı. Birdə Mələk səni mənə görə vurdu, bunu ikimizdə yaxşı bilirik. Mən haq olanın tərəfində olmağı sevirəm. Səlim kinlə gülümsəyərək, – Uğura: o məni sənə görə vurmadı səhvin var, biz öncədə rastlaşmışdıq o pisliklə. Qarşıma çıxdığına onu min peşman etməssəm adım Səlim olmasın, getdi əsəblə çıxıb. Uğur əsəbləşib əlindəki gül buketini masaya atıb, əyləşdi. Əsəblə öz – özünə: sən adam olmadın ki olmadın.

Правообладателям