Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 95

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

95 страница из 129


Səhər açılmışdı, Aylın Ramizə gəlmişdi, evdə xadimə vardı. Aylın gəlib balaca Sərdarı doya – doya öpərək, xeyli yatışını seyr etdikdən sonra, ehtiyatla otaqdan çıxıb qapını örtdü. Ramizin yataq otağına gəldi. Qapını ehtiyatla açıb baxdı, Ramiz başına yastığı çəkib yatmışdı. Yanında dolu çəkilib atılmış siqaret qabı var idi. Aylın qapını ehtiyatla örtüb, gəlib siqaret qabını götürüb kənara qoydu. Boşalmış siqaret qutularınıda götürüb, başını narazılıqla sirkələyərək öz – özünə: yaramaza bax, nə qədər çəkmiş. Başından yastığı götürüb – Ramizə: oğlum bu qədər siqaretmi çəkilər, canına yazıın gəlmirmi? o ciyərlərinlə nəfəs alırsan, niyə zülüm edirsən orqanlarına?

Ramiz gözlərini açıb baxdı. Anacaq gözlərinə inanmadı, yuxu gördüyünü sandı. Gözlərini təkrar yumaraq öz – özünə: nə olar acılaŞ nə qədər istəsən söz de, incimərəm. Bax zarafatlarınçündə çox darıxdım, yanımda qal getmə canım, nə olar yalvarıram. Aylın üzündən öpüb, üzünü – üzünə dayayıb – Ramizə: yuxu görmürsən birdənəm. Səni lazım olduğunda acılayaçağam bunuda bilirsən, elə deyilmi? gülümsədi. Ramiz əlini çəkinə – çəkinə Aylının saçlarına toxundurdu. Gözlərini tam açmağa qorxurdu, yuxu olduğunu sanırdı hələdə. Ramiz – Aylına: nə olar tərk etmə məni, axlımı oynadacam mən. Aylın anlayırdı, Ramiz çox qorxurdu özünü itirəcəyindən. Aylın – Ramizə: yadındadırmı? sizə birinci gəldiyimdə, məni ruh sanmışdın. Birdənəm sənin adətindir, qarşındakı sağ olan adamı ruh kimi görmək. Ramin canından üşütmə keçdi, gözlərini açıb baxdı. Sən? səsi titrədi, öz – özünə: yox – yox bu qədər gərçək yuxu ola bilməz. Səksənib tez yerində oturub, həyəcanlı baxışlarla baxdı. Ramiz – Aylına: canım bu gərçəkdən sənsənmi? gözlərindən yaş süzüldü üzünə. Aylının yazığı gəldi, çox həyəcan keçirdi. Aylın gülümsəyərək, əlini üzünə çəkərək – Ramizə: mənəm birdənəm, ölmədim döndüm qorxma. Ramiz dərindən – dərindən nəfəs alaraq, Aylına necə sarılıb ağladısa, Aylının ürəyi sızladı. Gözlərini yumub, hər dəfə sevdiklərinin göz yaşlarına səbəb olan, o Fazil alçağına nifrət hissi dahada artırdı. Ramizi sakitləşdirmək qeyri mümkün idi. Aylına sarılıb içini çəkə – çəkə yanaraq elə ağlayırdı ki, Aylında kövrəlib göz yaşlarına boğulurdu. Aylın hər kəsçün dəyərli olduğu kimi, Aylınçündə bütün sevdikləri – yaxınları çox dəyirliydilər. Heç vaxtdı istəmirdi, sevdiklrinin göz yaşlarını görsün. Ancaq bir alçaq səbəb olaraq, həyatları qorxulu – həyəcan dolu bir filimə dönmüşdü. Çox təssüflər olsun ki, bitmək – tükənmək bilmirdi acıları – sızlamaları. Ramiz Aylını bir daha itirəcəyini düşünərək, uşaq kimi bərk – bərk qucaqlayıb özünə sıxıb, qollarına sararaq ağlayırdı. Bu hallar Aylına çox tanış idi. Ramizin saçlarından öpüb, üzgün baxışlarla baxdı. Aylın – Ramizə: bağışla birdənəm, bağışla, yaşlı gözləriylə təkrarlayırdı pıçıltılı səslə, bağışlayın məni.

Правообладателям