Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 70

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

70 страница из 129

Beləcə bir neçə günərdə keçdi. Fəda zorla Sərdarı otelə gətirib, həkimə yoxladaraq yatağına yatızdıra bilmişdi. Sərdar günü – gündən zəyifləyirdi, ayağa qalxmağa taqəti qalmamışdı Aylını itirdiyi andan. Fəda yanında oturub üzgün – çarəsiz, nə edəcəyini bilmirdi.


Ümid atasıyla söhbət edirdi, şirkətdə kefsiz oturmuşdular. Ümid – atasına: nə oldu tapa bildinmi, killerlərini? sözünü çox çətinliklə deyə bildi. Bacımı harda dəfin ediblər cümləsini, düzgün qurub deməyə çətinlik çəkirdi. Atasının ən yanıqlı yeri idi, toxunduqca qanayır, içinə damla – damla axırdı acısı. Fazil alçağı, sonunda qızının qatili olmasına yardım etmişdi. Atasəı – Ümidə: yox, adamlara tapşırmışam axtarıllar. Sanki elə bil yer yarılmış yerə girmişlər, birindən səs – soraq yoxdur. Ümid fikirə dalıb, – atasına: anam səni bağışlamayacaq, bunu bilirsənmi? bağışlamaz əsla. Atası üzgün – peşman baxışlarla baxaraq, – oğluna: niyə bunları mənə deyib, ürəyimi ağrıdırsan oğlum? azdırmı yaşadıqlarım. Ümid – atasına: bunda tək sən günahkar deyilsən ata. Sənin qədər məndə günahkaram, bilirsənmi niyə? kaş inanaydım onun doğmam bacım olduğuna. Sənə deməzdim, gizlin saxlayardım sirrini ömrümün sonuna qədər. Dilim quruyaydı sənə gəlib dediyim yerdə, bacımın qatili olmayaydıq. İkki əlləriylə başını tutub, yaşarmış gözləriylə baxaraq – atasına: hara oldu o şərəfsiz Fazil… alçağı? niyə bu qədər vaxtda ondan xəbərsiz olmusan sən.

Правообладателям