Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 80

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

80 страница из 129

Nicat əliylə işarə etdi ki, maraqlı deyil bax istəyirsənsə. Nazlı mesajı açıb oxudu, gözlərinə inanmadı, təkrar səsli oxudu, canım səni sevirəm Aylın. Nazlı əliylə ağzını tutub baxdı. Nicat – Nazlıya: sən nə edirsən? hislərimlə oynamaq xoşunamı gəlir? Nazlı şoka düşmüşdü, gözləri yaşardı. Al oxu Aylın sağdır, dedimmi sənə? aman Allahıma çox şükürlər olsun. Telefonu masaya qoyub, tez anasını səsləyərək qaçdı xəbər etsin. Nicatın bir anlıq beyni dumanlandı inanmadı, Nazlının axlını oynatdığını düşündü. Həyəcanlı baxışlarla baxaraq, masadakı telefonuna baxdı. Ancaq telefonu götürüb baxmağa cəsarət etmədi. Yazıq qorxdu ki, yalan olar qalan ürəyidə qırılardı – üzülərdi. Dərindən – dərindən nəfəs aldı, ülkək baxışlarla telefona baxdı. Cəsarətini toplayaraq, əlini telefonuna uzatdı, əli əsdi həyəcandan. Telefonu götürüb mesajı oxumağa çətinlik çəkdi, baxmağa çəkinirdi, qalan ümidləridə məhv olardı yalandırsa. Çarəsiz bütün gücünü toplayıb telefonu gotürüb mesajı oxuduğunda, əlindən telefon masaya düşdü.

Правообладателям