Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 79

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

79 страница из 129

Nicat üzgün – yorgun dərindən nəfəs alıb, – Nazlıya: bilmirəm hara. Nazlını qorxudurdu onun belə deməsi. Nazlı – Nicata: bilirəm sənə bu haqda duymağın çox çətindir, ancaq deyəcəm ürəyimdə olanı sənə. Mən anamı əvəllər çox qısqandım, Aylını məndən çox sevir düşündüm, səhvlər etdim bilirsən səndə. Ancaq bu gecə anamın o dediyi sözünü çox düşündüm. Gərçəkdən Aylının sağ olub – olmaması şüphəli deyilmi səncə? nə düşünürsən bu haqda? Nicat üzgün baxışlarla baxıb, pıçıltılı səslə – Nazlıya: canım sağ olsaydı mənə bildirərdi, qoymazdı məni bu halda. Aylın bilirdi mən onu canımdan çox sevirəm. Nazlı – Nicata: bəlkə gərçəkdən başqa planı varmış. Aylını tanıyırıq, başqalarını təhlükəyə atmamaqçün dişinə sıxaraq, gizlin qalmasını məsləhət bilmiş. Nicatın telefonuna zəng gəldi. Nazlı dözmədi, – Nicata: açsana, bəlkə Aylındır?

Nicat özündən bi ixtiyar, tez telefonu masadan götürüb baxmadan, alo dedi, kefinin qalanıda pozuldu, zəng edən Dilqəm idi. Nicat – Nazlıya: al sevgilindir sən danış, telefonu uzatdı. Nazlı tez telefonu götürüb – Dilqəmə: bağışla canım, bilirsən qardaşımı son ayda danışmaq istəmir kiminləsə. Yox razı olmadı gəlməyəcək, tamam canım görüçərik, telefonu söndürüb masaya qoymaq istəyirdi, telefona mesaj gəldı. Nazlı – Nicata: icazə verirsənmi mesaja baxımı?

Правообладателям