Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 82

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

82 страница из 129

Mən unutmadım, o çayın qırağında çarəsiz oturduğum günümüdə. Sən gəldin mənə, gəldin canım, gəldin – gəldin şükürlər olsun gəldin, qurban olduğum gəldin.

Sərdar Aylının üzündən, gözlərindən, alnından, saçlarından öpərək ağlayırdı, yazığın ürəyidə – içi yanmışdı bu son bir ayda. Aylın Sərdarı qucaqlayıb yuxarı göy üzünə baxıb, Allahından yardım istəyirdi ürəyində. Sərdar qədərdə qorxmuş və acı çəkmiş Nacatda, huşunu itirərək yıxıımış halda ozünü gözləyirdi evdə.

Aylın anlayırdı, bundan sonra ona dahada çətin olacaqdı, iki sevdiyi ən dəyərli insanların ortalarında qalmaq, heç rahat olmayacaqdı. Arxadan olara qardaşı Ümid baxırdı. İnsan olanın bu duruma ürəyi yanmamaq qeyri mümkün idi, göz yaşlarını silib kənara baxdı. Sərdar bacısını qucaqlayıb elə ağlayırdı ki, bir kişinin belə ağlamasına iki səbəb ola bilərdi, ya sevdiyini itirdikdə, yada tapdığında.


Aylın qardaşı Ümidlə, Sərdarı anası yaşayan evə gətirərək yatağa yatızdırmışdılar, çox halsız idi. Anası – Aylına: qızım sən get yemək gətir, yazıq çox zəyifləmiş, mütləq yeməsi lazımdır. Sərdar susaraq, üzgün baxışlarla baxırdı. Aylın – Sərdara: Sərdar bəy anamı duydunmu? gülümsəyib, getdi yemək gətirməyə. Anası baxıb kövrələrək – Sərdara: oğlum özünə qəst eləmisən, yazıq olmuş sənədə. Sərdar – Sevdaya: Sevda xanım, mənə Aylınsız həyat gərək deyil. Arvad əliylə ağzını tutaraq, ağlamamaqçün özünü zor tutdu, – Sərdara: mən qızımı döğulduğunda itirdim sandım.

Правообладателям