Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 75

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

75 страница из 129

Nazlı tez əlindən boş qabı götürdü, – anasına: ana nə olar özünü ələ al, etmə belə. Xalası çarəsiz – üzgün başını Nicatın sinəsinə qoyub, hönkürüb ağladı. Nicat gücsüz təqəti qalmayan qollarıyla, xalasının boynundan qucaqladı, özünə sıxdı. Xalasının saçlarından öpüb gözlərini yumdu, göz yaşları üzünə süzülrdü. Nicatın ürəyi – içi elə yanırdı ki, sözlə ifadə etmək qeyri mümkün idi. Nazlıda qoluyla göz yaşlarını silib, baxdı olara.


Ümid anasına gəldi, qapını özü açıb içəri girdi. Anasını səslədi, anaan mən gəldim, anasından səs gəlmədi.

Gəldi baxdı, anası mətbəxtdə yemək hazırlayırdı. Ümid qapının yanında söykənib, qollarını bir – birinə dolayıb anasına baxdı. Anasının son bir aydan sonra, yemək hazırlamağına şaşırmışdı. Ümid – anasına: ana yaxşısanmı? həyəcanlı idi. Anası dönüb oğluna baxdı, gülümsədi. Anası – Ümidə: canım oğlum gəldiyini duymadım, get əl – üzünü yu hər şey hazırdır. Axşam yeməyimizi bacınla birlikdə yeyək. Yeməyin dadına baxaraq, öz – özünə: Aylın qızımın xoşuna gələcək, bəh – bəh dadlı olmuş. Anasının bu hərəkətləri – danışıqları, Ümidi gərçəkdən qorxuzdu. Dahada həyəcanlandı, anasının axlını oynatdığını düşündü. Tez çevrilib həkim çağırmaqçün getmək istəyirdi, gözlərinə inanmadı, baxa qaldı yerində donub. Aylın gəlib qardaşının üzündən öpüb, – Ümidə: duymadınmı anamız nə dedi? get əl – üzünü yu, məndə acam. Mətbəxtdə keçib, anasını qucaqlayıb öpüdü. Yanında dayanıb, canım anam əllərinə sağlıq, nə gözəl qoxur yeməklərin off. Anası qaşıqla üfürüb, bişirdiyindən qızana yedirtdi uşaq kimi. Aylın yeyib – anasına: mmm çox dadlı olmuş, əllərinə sağlıq anacan. Anasının üzündən öpüb, boş qabları götürdü masaya qoydu.

Правообладателям