Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
81 страница из 129
Arxadan sevinərək gələn xalasının, Nazlının, səslərini artıq qulaqları duymadı, ayağa qalxdı baxdı, xalası gözləri yaşlı özünə nə isə deyirdi. Ancaq ağzının tərpəndiyini görürdü, qulaqları duymurdu. Nazlınında sevinci bir başqa idi, tez telefonu masadan telefonu götürdü.
Anasına mesajı göstərib, – anasına: Aylındır deyən təkcə bu sözü dodqlarından oxuya bildi. Anasının gözlərindən yaş axırdı, nə isə deyirdi özünə tərəf baxıb. Nicatın artıq gözləridə qaraldı heçnə görmədi, yıxıldı.
Sərdar yenə səhər tezdən gəlib, məzarların yanında oturmuşdu, üzündən – gözlərindən yuxusuzluq – yorgünlüq axırdı. Kiminsə arxadan gəldiyini hiss etdi, ancaq dönüb baxmadı. Fədanın olduğunu düşündü, gəlib kim idisə arxasında dizləri üstə çökərək, əlini kürəyinə qoydu. Əlini kürəyinə çəkərək, – Sərdara: darıxdım, dönməyəcəksənmi? Sərdar şüphəli baxışlarla baxaraq, səsin Aylına ait olduğunu anlamağa çalışdı. Ürəyi döyündü həyəcan keçirdi, öz – özünə: Allahım nə olar canımdan öncə axlımı alma.
Üzünü kürəyinə dayayaraq – Sərdara: yadındadırmı? sən mənim əllərimi – ayaqlarımı qandallayaraq, cəza vermək isəmişdin. Məndə ehtiyatsızlığımdan çaya düşmüşdüm. Sonra səni dostum Tahir çayın qırağına gətirmişdi və sən, Aylın sözünü bitirməmiş Sərdar dönərək, Aylını qucaqlayıb içini çəkərək elə ağladı ki, Aylının canından – can getdi. İstəmirdi sevdiklərinin göz yaşlarını görsün. Sərdarı bərk – bərk qucaqlayıb özünə sıxıb, valideyinlərinin məzarlarına baxaraq göz yaşarında boğuldu. Aylın hiss edirdi, Sərdarın gücü – taqəti qalmamışdı. Aylın üzünü – üzünə qısıb, saçlarını sığalladı – oxşadı, necə zəyiflədiyini canına sarılmış qollarından hiss edirdi. Çox üzüldü Sərdarın bu halına. Sərdar qalan bütün gücünü toplayıb, Aylını qucaqlayaraq qollarına sarıb, titrəyirdi balaca uşaq kimi. Təkrar itirəcəyindən qorxurdu sanki. Sərdar – Aylına: canım mən sənsiz – ümidsiz burda ölümümü gözləyərkən, sən təkrar mənə döndün.