Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
83 страница из 129
Heç üzünü görmədim, çox acıdı – sızladı ürəyim, illər keçsədə, qızımı heç bir gündə unutmadım. Sonra qızımın sağ olduğunu və atası tərəfindən vurulma əmrini verildiyini bildiyimdə, dünyam başıma yıxıldı. Gözlərindən yaş üzünə süzüldü, qızımı təkrar görməyimə bir bilsən necə şadam oğlum. Sərdar taqəti qalmamış əliylə arvadın əlindən tutaraq, – anasına: hər zaman düşünürdüm. Aylını kim dünyaya gətirmiş, o gözəl ananı görmək istəyərdim. Bir şərəfsiz alçaq səbəb olub, Aylında sizin üzünüzə mənim qədər həsrət qalmışdı, varlığınızdan xəbərsizdir yazıq. Şükürlər olsun, qızınıza sonunda qovuşa bildiniz. Aylın neçəncidir məni ölümdən qurtarır, həyatımı ona borcluyam, sizin qızınız bir mələkdir. Mən sizə təşəkkür edirəm, onu dünyaya gətirdiyinizçün, siz anaların ən gözəllərindənsiniz, əlindən öpdü. Arvad gözləri yaşlı Sərdarın saçlarını sığallayıb baxdı, danışa bilmədi qəhərindən.
Qapı açıldı, əlində sinidə yeməklərlə Aylın içəri girdi. Aylın zarafatla – Sərdara: inan ki, anamın hazırladqları yeməklərdən ölü yesə dirilərsə, bu yeməklərdən sonra axşama ayağa qalxmaq qarantin 100% faizdir Sərdar bəy. Gətirib sinini anasının dizləri üstə qoyub, – anasına: anacan məlhəmli yeməklrindən Sərdar bəyi yedirt. Mən birazdan gələcəm. Anasıyla Sərdar ikisi birdən – Aylına: xeyir ola? Aylın əllərini belinə qoyub öz – özün: vay arkadaş, gəl indi iki kamandir qarşısında cavab ver. Anası – Aylına: qızım nə dedim mən sənə? bundan sonra məndən icazəsiz heç yerə getməyəcəksən demədimmi?