Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 78

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

78 страница из 129

Ümid qapını açıb baxdı, yatdıqlarını görüb başını qaşıyıb, uşaq kimi yavaş – ehmal addımlarla gəlib, anasının bu tərəfinə pişik balası kimi sığınıb yatdı. Anası nə qədər vaxt idi, yorğunluqdan normal yuxu yatmamışdı, yazıq şirin yuxuda idi. Aylın qardaşının, anasını qucaqlayan qolunun üstünə əlini qoyub, gülümsədi. Ümid başını qaldırıb bacısının oyaq olmasına baxıb gülümsəyib, pıcıltılı səslə – Aylına: atama bildirimi?

Aylın başıyla yox deyə işarə edib, anasının qoluna üzünü qoyub nə isə düşündü. Ümiddə başını anasının bu bir qoluna qısıb, bacısının başqa planlarının olduğunu anladı, gülümsədi.


Nicat yerindən qalxıb gəlib, əl – qzünü yuyub vanna otağından çıxıb mətbəxtdə gəldi. Xalasının o halından sonra, özünü çarəsiz toparlamağa çalışırdı. Ozünə qəhvə süzüb əyləşdi, çox zəyifləmişdi -üzülmüşdü.

Az vaxtdan Nazlı gəldi, – Nicata: qardaşım sabahın xeyir, telefonuna zəng gəlirdi, bəlkə önəmlidir baxsanmı?

Nicat – Nazlıya: sabahın xeyir bacım, artıq mənə kimsənin araması önəmli deyil. Nazlı əlindəki telefonu Nicatın qarşısına qoyub, özünə qəhvə süzüb gəlib əyləşdi. Nazlı – Nicata: bu gün istirahət günümdür, çıxaqmı səninlə şəhərə? Nicatın baxışından anladı ki, çıxmayacaqdı. Nazlı öz – özünə: tamam qardaşım, bağışla demədim san. Nicatın bu durumu hər kəsi üzürdü, bunu yaxşı bilirdi ozüdə. Nicat – Nazlıya: mən buralardan getmək istəyirəm. Nazlı təcüblə baxaraq – Nicata: hara?

Правообладателям