Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
84 страница из 129
Sərdar – anasına: düz deyirsən Sevda xanım. Nə olar bundan sonra sizdən izinsiz heç yerə çıxmasın, izin verməyin. Sərdar bilirdi Aylın Nicata gedirdi. Aylında bildi, Sərdar qısqandığından belə deyib, getməsinə əngəl olurdu. Aylın gözlərini qıyıb baxdı Sərdara.
Sərdar – Aylına: başına az iş gəlmədi, yetər mənə yaşatdıqların. Aylın insafın olsun etmə belə. Sən anandan izin alsanda, mən səni artıq tək bir addımda qoymayacam, duydunmu. Anası dönmədən – Aylına: duydun Sərdar bəyi qızım, elə deyilmi?
Aylının elə bil başından qaynar su tökdülər. Aylın -anasına: duydum anacan, tamam getmirəm heç yerə. Anası xörəkdən üfürüb qaşıqla yedirtdi, -Sərdara: ye oğlum çox zəyifləmisən. Aylın biraz baxıb, dərindən nəfəs alıb otaqdan getmək istəyirdi, anası səslədi. Qızım gəl gözüm gördüyüm yerdə əyləş ki, ürəyim rahat olsun. Üzünə illərlə həsrət qoydular məni, gəl gözəl qızım əyləş. Aylın anasını qıra bilməzdi. Keçib Sərdarın ayaqlarının yanında əyləşdi, və bilərəkdən əliylə qılçanı əzdi, canını acıtdı. Sərdar ofuldadı. Anası – Aylına: qızım ehtiyat et, yazığın canı qalmamış səndə ayağını acıtdın. Aylın yalandan gülümsəyərək, Sərdara baxaraq – anasına: bilmədim anacan. Aylın – Sərdara: canınımı acıtdım? gülümsədi əsəbdən. Sərdar – Aylına: tufanda batmışın, yağışdan nə qorxusu? hiss etmədim Aylın xanım, narahat olma. Anasının verdiyi yeməyi, zorla yavaş – yavaş halsız yedi. Aylın Sərdarın halına üzülürdü, fikridə Nicatda qalmışdı. Cibindən telefonunu çıxarıb, Nicata mesaj yazdı. ((canım anam icazə vermir çıxmağıma, səninçün çox darıxmışam).