Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 86

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

86 страница из 129

Gəlib Ümidin qolundan tutub, ayağa qaldırıb – oğluna: ananı, bacını, itirdim. Sənidə itirmək istəmirəm, gedirik tanış həkimə indicə, Allahım bu nə cəzadır mənə versən. Ailəm gözümün önündə məhv oldu bir səhvimin uçbatından. Ümid atasının boynuna sarılıb, bərk – bərk quçaqlayıb gülümsədi. Ümid – atasına: canım atam şükürlər olsun, gərçəkdən bacım sağdır, anamla yaşayır dünəndən. Atası oğlunu boynundan çəkib, gözlərinə baxıb anlamağa çalışdı. Oğlunun bu dediyi gərçəkdimi? nələr olurdu. Ümid gülümsəyərək, – atasına: Rəhim bəy inanmırsansa mənə, get özün gör gözünlə yalandırmı, gərçəkdirmi. Mənim hələlik sənə deməyimə bacım razı olmamışdı, bax dözə bilmədim dedim. Baçım yazdı ki, anam artıq özünü izinsiz evdən bir addımda atmağa qoymur.

Atasını həyəcan bürüdü, udqunub bir anlıq duyduqlarının gərçək olmasını ürəyində dua etdi. Atası – Ümidə: əgər axlını oynatmadınsa, bəs bu bir ayda bacın hardaymış? necə qurtulmuş əllərindən. Ümid çiyinlərini çəkərək – atasına: mənə bu haqda heç bir söz demədi. Bacımın xasiyyəti sənə çox bənzərdi.

Правообладателям