Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
87 страница из 129
Ata bilirsənmi necə bənzərsiz? axlındakıları əgər demək istəmirsə, zor etmək mümükünsüzdür, bunu anladım mən. Atsı pis oldu başı döndü, gözləri qaraldı. Az qala yıxılacaqdı, Ümid tez tutdu yardım etdi, qolundan tutub gətirib kresloya otuzdurub, su töküb içirtdi. Ümid – atasına: keçdi ata özünü ələ al, anamın sevincini get öz gözlərinlə gör və sakitləş səndə artıq. Atasının gözlərindən yaş süzüldü, – Ümidə: nə üzlə gedə bilərəm ki? qızımın, ananın qarşısına. Hönkürüb üzünü Ümidin qarnına dayayıb, ağladı. Ümidin ürəyi sızladı atasının bu halına. Üzgün baxışlarla baxaraq, – atasına: anamda, bacımda səni çox sevirlər ata, get gör. Anlayarlar səni, sonunda bir can – qanıq. Atası balaca uşaq kimi dahada kövrəlib, peşman – üzgün ağladı.
Aylına Nicatla, xalası Afət gəlmişdilər. Nicat çox ağlamışdı Aylına sarılıb. Aylın anasının yanında Nicatla tək qalmaq fürsəti tapmırdı. Pıçıltılı səslə – Nicata: canım, anam bilmir səninlə bizim birlikdə yaşadığımı. Bunu ona deyə bilmədim, evdən dışarı izinsiz addım atmağa qoymur. Nicat Aylının saçlarını sığallayaraq, təkrar – təkrar öpərək – Aylına: əsası sən sağ döndün canım. Ananın cəzasına müvəqqəti qatlanarıq, qızlar anaları dinləməlidir. Aylın üzünə təcüblə baxaraq, yavaş səslə – Nicata: yox daha. Oğlum səndə üçünçü kamandirmi kəsildin başıma? Niçat gülümsədi. Aylını qucaqlayıb bağrına basaraq, dərindən nəfəsini alıb, qulağına nə isə pıçıldadı. Aylın gülümsəyərək, Nicatın sinəsinə başına qoyub sakit dayandı.