Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 91

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

91 страница из 129

Aylının səsinə, xalasıyla anasıda qaçaraq gəldilər, gördüklərindən dəhşətə gəldilər. Tez gəlib yardım edərək, Nicatı Sərdardan çəkdilər qırağa. Nicatın gözü başqasını görmürdü. Dartındı ki, yenə Sərdarı vursun, xalası üzündən tutarlı bir şillə gəldiyində, ayıldı baxdı xalasına. Əsəbdən gözlərini qan bürümüşdü. Xalası əsəblə – Nicata: axlını oynatdığını anladıq oğlum, ancaq bu qədəri çox oldu, yetər dedilər duymadınmı. Nicat dərindən – dərindən nəfəs alıb, özünə təcüblə və incik baxışlarla baxan Aylının anasını gördüyündə, etdiyinə peşman oldu. Artıq geç idi, anasının qarşısında etibarını itirdiyini anladı. Anası tez yaxından, bir şey götürüb Sərdarın qan axan burnunu sildi. Əsəblə – Aylına: evi tərk etsin bu cavan oğlan həmən. Xalası peşman baxışlarla baxaraq, Aylına işarə etdi ki, mən aparacam sən qal. Xalası qolundan tutub, Nicatı çıxardı otaqdan apardı.

Anası – Aylına: get ilıq su gətir, yazığın üzündə sağ yer qalmamış. Bu nə mərəfətsiz birisidir?

Aylın tez otaqdan çıxıb getdi, Nicata çox əsəbləşmişdi. Anasının ürəyi sızladı, burnunun – dodağının qanını silib – Sərdara: bu heç Afət xanıma bənzəmir. Xalası mələk kimi qadındır, qızım bunula dostluğuna son qoyacaq, bu dəqiqədən sonra. Yaramaz uşağın etdiyinə bax bir, can oğlum of off döz, indi su gətirsin siləcəm yaranı. Arvadın canı acıyırdı bu halına Sərdarın. Həm burnundan qan gəldiyinə, həmdə Nicata qarşı olan əsəbindən danışa bilmirdi. Arvadın əlindən mehribanlıqla tutaraq zorla, siz narahat olmayın anam yaxşıyam mən, keçər boş şeydir.

Правообладателям