Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
90 страница из 129
Aylın – Nicata: sən nə edirsən? özünü ələ al, yaraşmır belə danışıqlar sənə. Nicat əsəblə əlini üzünə çəkib – Aylına: sən niyə o tipi qoruyursan axı? niyə qoymadın məzarlıqda gəbərsin rədd olsun həyatımızdan, dəyərsiz. Bu söz gərçəkdən Aylına toxundu. Aylın – Nicata: tərk et evi xayiş edirəm, özünə gəldiyində danışarıq, tamammı. Dedim sənə yaraşmır belə danışmaq, özünü toparla anam duymasın bu danışıqlarını. Mən səni tanıya bilmirəm, Nicat son vaxtlar çıxırsan cığırından. Kiminsə sözünə görə əlinə silah alıb, düşünmədən getmələrin filan, nələr olur? mən səni tanıdığımda belə deyildin sən. Nicat əsəblə – Aylına: həyat məcbur insanı dəyişir, axlını yerindən oynadır canım. Hələki bunun kimi… qarşına çıxdığında, qalan səbrində – axlında gedir. Aylın özünü ələ almağa çalışdı. Yavaş səslə – Nicata: sən gərçəkdən özündə deyilsən, nə danışdığını bilmirsən. Xayiş edirəm bir tərslik edib anamı üzmə, bax məni dinləməyib üzərsənsə, sözü ağzında yarımçıq qaldı. Niacat əsəblə otağa girdi. Gəlib Sərdarı tutub, sən alçaq, … vurdu yumuruqla. Aylın qaçaraq gəlib Nicatı Sərdardan çəkməyə çalışsada, alınmadı. Nicat halsız – gücsüz Sərdarı yumuruqla vururdu. Nicat – Sərdara: səni qalxmağa qoymayacam, alçaq gəbər. Aylın bağırdı! bəsdir Niacat vurma, duymursanmı məni? vurma dedim.