Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
92 страница из 129
Aylın əsəblə gəlib, vanna otağından qaba su doldurub öz – özünə: axx Nicat axxx. Əsəblə vanna otağından əlində su qabıyla çıxarkən, gözü qarşıda dayanıb, özünə üzgün – peşman baxışlarla baxan atasına sataşdı, dayandı. Aylının içində, özündən bi ixtiyar hər şeyi unudaraq, atasına qarşı kövrək bir hiss oyandı. Atasının gözlərindən yaş sel kimi süzülürdü üzünə.
Özünə baxıb nə isə pıçıldadı, səsi duyulmasada, Aylın atasının dodaqlarının tərpənişindən oxudu, özünə deyilən bağışla qızım sözünü. Aylında Nicatın etdiyindən çox pis olmuşdu, sanki dərdinə ilac atasında gördü. Əlindəki qabı kənara atıb, qaçaraq gedib atasının boynuna sarıldı, ağladı. Atası qızını bağrına basaraq, qucaqlayıb təkrar – təkrar opərək, bağışla qızım deyib ağlayırdı. İnsan olan kəs, heç bir zaman istəməzdi ki, günahsız ata – balanın həsrətdən belə canları yanaraq, göz yaşlarında boğulsunlar. Atası qızını öpə – öpə qucaqlayıb ağlayırdı, içi acıyırdı – yanırdı odsuz – alovsuz. Bu günahsızların vəzlərinə, kaşki bu vayisliyə səbəb olan günahkar yansaydı. Kənardan anası qızına, ərinə, baxaraq, ağzını tutub ağlayırdı. Evladına həsrət bi çarə qoyanın, Allah cəzasını verəydi inşallah. Aylın atasının çiyninə üzünü qoyub, göz yaşlarını axıdırdı.