Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 94

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

94 страница из 129

Atası birinci başladı yeməyə, görünür son bu bir ayda normal yeməmişdi yazıq, ac idi. Masa arxasında olan hər kəs çətin günlər yaşasalarda, artıq xatırlamamağa çalışırdılar. Anası gördü Sərdar halsızdır, həmdə yeməyə çəkinir, tez qaşığı götürüb mehribanlıqla uşaq kimi yedirməyə başladı.

Anası – Sərdara: ye mənim yaraşıqlı oğlum. Aylın Ümidlə – atasının necə iştahla yemələrinə baxıb gülümsəsədə, içində Fazil itinə qarşı olan kini – əsəbi, ürəyini rahat qoymurdu. Sərdar Aylının nə isə fikirləşdiyini artıq üzündən oxuyurdu.

Sərdarın özünə baxdığını görüb gülümsəyərək, iştahı olmasada baş qatmaqçün, yeməyini yeməyə çalışdı. Aylın anasına tam olaraq, Sərdarın kim olduğunu anlatmasada. Sərdar anasına, Aylının başına gələn hər bir hadisələri tək – tək anlatmışdı. Sərdarın dürüstlüyündən anasının çox xoşu gəlmişdi. Sərdarında kiçiklikdən anasının üzünə həsrət qaldığını bildiyindən sonra, ürəyi ox acımışdı. Anasını əvəz edə bilməsədə, azacıqda olsa analıq hissini yaşadaraq, öz evladlarından ayırmadan onu uşaq kimi əliylə yedirərək, dayaq olmağa çalışırdı.

Правообладателям