Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
93 страница из 129
Bu dünyada gərçəkdən cəzasız qalmır edilən pisliklər, geci – tezi cəzalarına çatırlar. Kimsənin bilmədiyi bir yerdə, Fazil alçağının əlləri – qolları bağlı, qandallı quduz it kimi saxlanılırdı. Ona göz – qulaq olan, əvəllər Aylına yardım edən etibarlı taxsi şoferi idi. Aylın o xayini ancaq o insana etibar edə bilərdi, çünki o insan sözünə – etibarına sadiq birisi idi. Əvəllərdə Aylının işinə yaramışdı. Qarşısında ayağını – ayağının ütünə aşıraraq, otuub qəhvə içirdi. Fazil itinin qandallarda bağlı, necə zülüm çəkdiyinə baxıb, həzz alırdı.
Beləcə gün axşam olmuşdu, Ümiddə işdən gəlmişdi. Aylının ailəsində, uzun zamanlar yaşanmayan bir sevinc – şadlıq hiss olunurdu. İllər qabaq ürəklərində – ailələrində əksik qalmış yerilərini, qızı dönərək sevinclə təkrar doldura bilmişdi. Hər kəs masa arxasında əyləşmişdilər.
Sərdarıda yerindən qaldırıb, yardım edərək qardaşı masa arxasına gətirdi. Sərdara yardımçün atası – anası tez qalxaraq, yardım edib otuzdurdular. Sərdar olara təşəkkür edib, Aylına baxdı razı baxışlarla. Artıq Aylının tərbiyəsi – mərəfəti ilə, kimlərə bənzədiyi aydın olurdu. Sərdarın üzündə – dodağında qanamış yerlər bilinirdi. Ümid keçib atasının yanında əyləşdi. Anası Sərdarçün yemək çəkdi, Sərdar təşəkkür etdi. Aylında qalxıb, atasının – qardaşının boş qablarına yemək çəkib qoydu qarşılarına, olarda Aylına təşəkkür etdilər.