Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
115 страница из 127
Nazlının gözləri yaşardı, Aylın Nicatın qolundan tutub çəkdi kənara, – Nicata: yetər dedim. Mən etdiklərimi kimsənin başına vuran deyiləm, kimə nə etdim halal xoşları olsun. Aylın özünü pis hiss edirdi, istəmirdi Nazlını Nicat acılasın özünə görə. Nazlı yenə susmadı, ağlaya – ağlaya – Nicata: onu tanıdığıma peşmanam. Nazlı haqsızlıq edirdi gərçəkdən. Nicat nə isə demək istədi, Aylın Nicatdan bərk – bərk yapışdı ki, yıxılmasın. Nicat anladı, Aylının qolundan tutub, – Aylına: yaxşı deyilsən sən, biz burdan elə indicə gedirik canım. Xayiş edirəm heç demə mənə yox filan, biraz zamana ehtiyacın var, belə haqsızlığa layiq deyilsən sən. Aylın – Nazlıya: ağlama bacım bağışla, səni rahatsız etdiyimi bilmirdim. İnan gərçəkdən bilmirdim bu günə qədər, gedəcəm mən söz verirəm, nə olar ağlama. Nazlı üzünü tutub getdi otağına.
Nicat Aylını gətirdi öz otağına, gəl canım gəl, biraz uzan sakitləş, mən indi taxsi çağırıram və həmən buranı tərk edirik. Aylın Nicatın əlinən tutub qoymadı, dur tələsmə xayiş edirəm. Nicata – Aylına: canım mən həmişəki kimi bura gəlib yanlarında göz – qulaq olacam, mən o ağzına gələni sayaqladı deyə baxımsız qoymaram, sən narahat olma heç. Bu qədər çalışırsan sənin dinlənmən lazımdır, bax gör nə hala qalırsan düşüncəsiz insanların sözlərinin təsirindən. Niyə sən bütün buları çəkməlisən, bax niyə? de canım yetmədimi? oğlunçün yaşa artıq, sənə bir şey olarsa düşün yazıq olar ortalıqda. Anasız böyümək necə dərtdir bunu mən yaxşı bilirəm, razı ol gedək burdan. Aylın – Nicata: söz verirəm bu günlərdə xalanla danışıb gedəcəm burdan, belə getsəm yazıq üzülər, anla. Nicat dərindən nəfəs alıb baxdı, – Nicata: dedin mən olmasam oğlum ortalıqlarda qalar, qalmaz bunu bilirəm artıq.