Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 116

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

116 страница из 127

Nicat Aylının nə demək istədiyini anlamadı. Aylın-Nicata: sən varsan dostum, sən onu mənəndə yaxşı baxarsan, bundan rahatam. Nicatı kövrəltdi Aylının özünə qarşı olan etibarı. Aylının yanına uzandı, qolunu başının altına qoyaraq – Aylına: mən sənsiz yaşamaram ki? bağışla mənə ümid olub oğlunu tərk etməyə düşünmə belə, mənim ürəyim dayanar sənsiz. Gözlərini bir nöqtəyə zilləyib səssiz dayandı, – Nicata: mənə indiyə qədər heçnə olmadı, bütün sevdiklərimi itirməyimə baxmayaraq, indən sonrada olmaz qorxma. Nicat sarsılmışdı cavab vermədi artıq. Aylın Nicatın qoluna yavaşca vuraraq, hər şey yaxşı olacaq üzülmə sən, ayağa qalxdı uzandığı yerindən. Nicat üzünə yastığı çəkib sakit dayandı, Aylın halsız – halsız cıxdı otaqdan, getdi oğlunun yanına.

Səhər açılmışdı, Ramiz Dilqəmlə işə gəldilər, işçilər Ramizlə Dilqəmi görüb, pıçıldaşaraq gülüşdülər. Dilqəm – işçilərə: hər kəsin sabahı xeyir və hər kəs işinə baxsın xayiş edirəm. Ramiz başını narazılıqla sirkələyərək, iş otağınn qapısını açıb – Dilqəmə: millətə rəzil olduq. İçəri girdiyində Nazlını görüb pərt oldu, – Nazlıay: bacım? sən nə edirsən səhərin gözü açılmamış burda? Nazlı çox kövrəldi. Bir anda qaçıb Ramizə sarıldı ağladı.

Правообладателям