Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
73 страница из 127
Ramiz Nİcatı aparanda Cansu gördü, Ramiz barmağını dodaqlarına qoyub, sus deyə işarə etdi Aylın duymasın. Cansu gəlib pıçıltılı həyəcanlı səslə – Ramizə: nə oldu? Ramiz Nicatı gətirib yatağa uzatdı. Cansuda yanında baxıb qalmışdı, Ramiz Ncaatı sürüdüyündən dərindən – dərindən nəfəs alırdı. Ramiz – Cansuya: özündən keçinmiş sən qorxma, get su gətir, Cansu tez otaqdan çıxdı su gətirməyə. Ramizdə Nicata baxdı əsəblə. Öz – özünə yenədə pis sözlər işlətdi,… … olsun.
Cansu gəldi əlində bakal suyla, Ramiz suyu alıb Nicatın üzünə vurdu ki, ayılsın, Nicatı özünə gətirə bilmədi. Cansu – Ramizə: həkimmi çağıraq? Nicat bəy, səslədi Nicatı. Ramiz yenə sudan əlinə töküb Nicatın üzünə – sinəsinə vurdu, ayıl – ayıl səninlə oynamağa vaxtımız yoxdur. Cansu Ramizə baxdı təcüblə, mən Aylın xanıma bildirim, çıxmaq istəyirdi Ramiz tez qolundan tutub qoymadı, gərək yox. Aylın xanım yorğundur gördün, adın nə idi sənin? Cansudur. Ramiz – Cansuya: hə Cansu xanım, narahat olma sadəcə özündən keçinmiş, anladın? Cansu çarəsiz qaldı baxa Nicata.