Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
74 страница из 127
Ramiz Nicatın üzünü şillələməyə davam etdi, ey aç gözlərini işimiz var dedik. Ramiz heç Nicatın özünə gəlməsini istəmirdi, çarəsiz Cansu görmüş deyə ayıltmağa çalışırdı. Az vaxtdan Nicat gözlərini açıb baxdı, Ramizi başının üstündə görüb, halsız – halsız baxdı ona nifrətlə. Cansu sevindi, Nicat bəy həkim çağıraqmı? necəsiniz. Nicat özünü toparlayıb qalxmağa çalışdı, Ramiz kobutca Nicata oturmağa kömək etdi. Nicat Ramizdən qolunu çəkdi, itələdi kənara özündən, çəkil toxunma. Ramiz – Cansuya: görürsən Cansu xanım, bəy dediyiniz birisi onada layiq deyil, belələrinə həyətda heç bir şey olmur. Səndə qorxub həkim çağırmaq istəyirdin, gördün gəldi özünə ilan. Cansu baxa qaldı Ramizin belə kobut rəftarına, Ramiz otaqdan çıxdı getdi.
Cansu tez Nicatın çiyninə əlini qoyub, Nicat bəy yaxşısınızmı? həkim çağırımı? Nicat – Cansuya: yox gərək yoxdur yaxşıyam, çox sağol. Sən Sərdarı tək qoyma, get o tipə göz qulaq ol. Cansu narahat oldu Nicat belə dediyində, – Nicata: narahat olma mən Sərdara baxıram, tez çıxdı otaqdan. Nicata Ramizin dediyi sözlər daş kimi dəymişdi, gözlərini yumub dayandı.