Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
82 страница из 127
Nicat gülümsəyib, – Aylına: dəli qızın düşündüyünə baxsana. Hansı ananın axlına gələr ki, belə zalım xəstəliyə evladının dücar olduğu? düşünməsi belə dəhşətdir, xalamçün də bir ana olaraq. Nazlı bunları düşünməmişdir, sən ondan incimə canım. Aylın – Nicata: Sərdarı itirdiyim anı hiss etmişdi xalan, hiss etmişdi ki, başıma çox pis bir iş gəlmişdi deyə. O günü zəng etmişdi mənə, o anda yanımda olmuşdu, gözləri yaşardı bi ixtiyar, Nicatda pis oldu. Aylın – Nicata: gərçəkdən niyə məni hiss edir? öz doğma qızını isə yox.
Nicat nə deyəcəyini bilmirdi, baxa qalmışdı. Bu yerdə Nazlı haqlıdır, hətta bunu xalan özüdə dedi mən, necə anayam ki, qızım xəstə olmuş hiss etmədim. Nicat – Aylına: niyə belə şeylər düşünüb üzülürsünüz boşa? səni xalamın hiss etməsi, sənə olan sevgisindəndir. Burda nə var ki? bax məndə hiss etdim sənin bir dərdin var, soruşdum. Sən mənim sanki canımdam ayrılmış cansan, hiss etməmək qeyri mümkündür. Xalamda səni elə hiss edir. Nicatın bu dediyi söz, dahada təsir etdi Aylına, Nicatda anladı bunu. Nicat üzüldü, off canım gəl bura, Aylını dartıb qucaqlayıb özünə sıxdı. Nicat – Aylına: mənimdə fikirlərim qarışdı bağışla, bilmirəm canım kim – kimi niyə hiss edir. Mən bir onu bilirəm ki, insan sevdiyi insanı dünyanın o bir uçunda olsada, hiss etməlidir.