Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
83 страница из 127
Aylın Nicatın çiyninə başını dayayıb dayandı susdu, göz yaşlarını silib dərindən nəfəs aldı. Aylın – Nicata: tamam işimizə davam edək, – Aylına: mən ikimizədə qəhvə hazırlayım. Aylın üzünün ifadəsiylə olar deyə işarə etdi, danışsa sanki ağlayacağından çəkinirdi. Nicatda bunu yaxşı anlayırdı, – Aylına: tamam mən indi hazırlayım.
Gedib kofe makinsına yaxınlaşıb, Aylına baxdı altdan – altdan. Nicat hec istəmirdi Aylının üzülməsini – ağlamasını. Aylında yerinə əyləşib, kağızları götürüb gözdən keçirsədə, fikri başqa yerdə idi. Dərindən nəfəs alıb, gözlərini yumub dayandı bir anlıq. Nicatın gözü Aylında idi, qəhvələri süzərkəndə. Aylının bu halına daha çox üzülürdü baxıb.
Axşam olurdu, Ramiz telefonunu açarlarını götürüb masadan qalxdı. Dilqəm – Ramizə: mən Nazlıya gedəcəm, gəlmirsənmi? – Dilqəmə: biraz işim var, gələcəm sən get. Dilqəm Ramizə qaşlarını çataraq baxdı. Ramiz – Dilqəmə: asma suratını qardaşım, dedim gələcəm. Dilqəm başını narazılıqla sirkələyib, – Ramizə: dinc dayansaydın, birisinin şokundan çıxmadıq hələ. Ramiz gülümsəyib, tez otaqdan çıxdı ki, Dilqəm özünü acılamasın. Dilqəm dərindən nəfəs alıb Ramizin ardınca, of qardaşım off.