Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 77

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

77 страница из 127


Dilqəmlə Ramiz getmişdilər harasa. Bahar xalasıyla Nazlı, anası əyləşib söhbət edirdilər. Aylın yaxınlaşdı, Bahar xala xoş gəldin. Bahar baxdı gülümsəyib, – Aylına: xoş günün osun gözəl qızım. Aylın – Nazlıya: sən heç dincəldinmi? Nazlı – Aylına: anamın yanında uzun bir ayadan sonra dincəldim. Aylın – Nazlıya: duydun həkimin dediklərini, vaxtı -vaxtında ilaclarını qəbul edəcəksən və dincələcəksən.

Nazlını anlamaq olmurdu, Aylına qarşı dəyişilmişdi, soyumuşdu. Aylın bunu yaxşı hiss edirdi, ama səbəbini anasına qısqandığını düşünürdü. Anası – Nazlıya: duydunmu qızım Aylını? qalx get otağına biraz dincəl ömrüm. Nazlı ayağa qalxıb anasını üzündən öpüb, tamam anacan sənin dediyinə görə gedib dincələrəm. Aylının yanından keçib getdi, Aylın Nazlının ardınça baxdı. Nazlının bu soyuqluğunu anasıda hiss etdi, Aylını səslədi, qızım gəlsənə, əlini uzatdı. Aylın gəlib Afətin əlindən tutaraq öpüb, əyləşdi yanında, – Aylına: qızım sən yatmışdın dedilər. Aylın – Afətə: heç özümdə bilmədən yuxuya dalmışam bağışla, anacan deməyə çəkindi sanki. Nazlı duyar deyə sözü ağzında qaldı, nədənsə heç özüdə bilmədən. Afət – Aylına: qızım nələr olur, Nazlıyla sənin aranızda? mən bir soyuqluq hiss edirəm, səbəbini bilə bilərəmmi? Aylın nə deyəcəyini bilmədi.

Правообладателям