Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 78

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

78 страница из 127

Aylın – Afətə: narahat olma sən yox bir şey, Bahar ayağa qalxıb – olara: mən Nazlıya baxım, getdi. Afət – Aylına: bax qızım məndən bir şey olubda gizlətsəniz, inciyərəm sizdən bu dəfə inanın. Aylın – Afətə: yox bir şey, sən o gözəl ürəyini boşa tələşlandırma. Nazlı ağır xəstəlikdən döndü, ola bilsin onun şokundandır anacan, oda keçəcək inşallah. Afət ahh çəkdi dərindən, Allahım mənim balamı bağışlamış mənə. Bax mən nələr düşünürdüm? balam zalım xəstəliklə mübarizə aparırmış orda. Mən necə anayam bunu hiss etmədim? Aylının elə bil başından qaynar su tökdülər. O bir əliylə alnını tutub baxdı, Afətin gözlərindən yaş süzülürdü yanaqlarına. Nazlıda bu sözü demişdi, Aylını yandırmışdı. Aylın özünü toparlayıb, Afətin göz yaşlarını sildi əliylə – Afətə: keçdi ağlama çox şükürlər olsun. Aylına sarılıb ağladı, Aylın Afəti qucaqlayıb çarəsiz – üzgün baxışlarla baxa qaldı. Cansu gəldi qəhvələr gətirib, oların durumunu görüb pis oldu gözləri doldu, qəhvələri masaya qoyub tez getdi.

Beləcə günlər keçdi, Nazlı artıq özünü yaxşı hiss edirdi, hər kəs çox şad idi Nazlının yaxşılaşmasına. Aylın Nicat bütün günü çalışırdılar şirkətdə. Ramizlə Dilqəmdə artıq işlərini birlikdə yönəltirdilər. Nazlının işə qayıtmasına Dilqəmlə – Ramiz razı olmamışdılar hələki. Aylında Sərdarı Cansuyla Nazlı gildə qoyurdu ki, anasının başı qarışsın uşaqla. Cansu tək uşağa baxmırdı, Nazlıyada yardım edirdi evdə. Aylının ürəyi azcıqda olsa rahatlanmışdı.

Правообладателям