Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 79

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

79 страница из 127

Aylının əlində kağızla Şəfaya yaxınlaşdı. Şəfa əyləşmişdi yerində, işə başı qarışmışdı, birdən Aylını görüb ayağa qalxdı. Buyur Aylın xanım, – Şəfaya: burda yazılanlara görə hər kəs çalışsın, tamammı? Şəfa kağızı götürüb – Aylına: tamam mən indi hamını məlumatlandıraram. Aylın – Şəfaya: bilirsəndə Ramiz çox əsəbidir, sən bizimlə çalışmağa gəldiyinçün. Şəfa gülümsəyib, – Aylına: mən sənsiz çalışmaq istəmirəm, burda nə var ki? siz narahat olmayın, məndən öz başımın çarəsinə baxaram. Aylın Şəfanın xətrini çox istəyirdi.

Qayıdıb gəldi iş otağına, NiCat telefonla danışırdı, tamam danışdıq sizdən xəbər gözləyirəm, sağolun. telefonu masaya qoyub Aylına baxdı, Aylın gəlib masasındakı kağızları götürüb diqqətlə baxırdı. Nicat anlayırdı, Aylının ürəyində nə isə başqa narahatlıq vardı. Niçat ayağa qalxıb yaxınlaşdı – Aylına: mənim bilmədiyim bir narahatçılığın var neçə gündür, düşünürəm ancaq tapa bilmirəm. Aylın kağızdan gözünü çəkib Nicata baxdı, – Aylına: nədir canını sıxan? – Niçata: yox bir şeyim. Böyük bir stress yaşadıq hamımız bilirsən, onun şokundan hələ tam çıxmamış ola bilərəm.

Правообладателям