Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн
80 страница из 127
Nicat Aylının əlindən kağızları götürüb masaya qoydu, gəl əyləş canım. Aylının qolundan tutub kresloya otuzdurdu, – Aylına: bax mənə diqqətlə, Aylın Nicata baxdı. Nicat – Aylına: mənim gözlərimdən, hətta üz ifadəmdən sən hər şeyimi oxuya bilirsən söz demədən. Mən isə anlamağa çalışıram tapa bilmirəm, bu mənim ürəyimə toxunur. Aylın – Nicata: sən yaxşı dostsan, cansan, gözəl ürəkli bir insansan, dünyanın ən yaxşı iş yoldaşısan, iş ortağısan, sənin varlığın mənə yetir. Mən elə biriyəm ki, mənim nə dərdim bitər, nədə qəmim. Bax bir anlıq sevinərəm, düşünürəm bitdi dediyim o anda, dərt – qəm gələr məni tapar kley kimi yapışar. Üstümdən kənarlaşdırmaqçün yenədə uğraşmalı, güc gəlməli olaram çarəsiz.
Sən artıq öyrəşsən yaxşı olar mənim bu halıma durumlarıma. Yox bir şeyim deyəcəm yalan danışmış olacam, mən sənə hər şeyimi deyib səni yükləyə bilmərəm, alayırsanmı? – Aylına: yox anlamıram. Mən sənin yaxşı – pis hər şeyinə ortaq olmaq istəyirəm bu həyatda. Necə ki sən mənimlə hər şeyini yarı bölüşdün canım, ailəm ayilən oldu. Seçmədin doğmalarından bizi, bacım – bacın oldu, bax hətta o qəddar atamla birlikdə yaşadın mənim xətrimə. Sən mənim yuxusuz qalmama göz yuma bilmədin, nəyin var de mənə, gizlətmə xayiş edirəm.