Читать книгу Acı həyat. Roman онлайн
35 страница из 89
Səlimlə babası təklikdə otaqda söhbət edirdilər. Babası – Səlimə: bax oğlum babanam dinlə məni. Səninlə sabah gedirik şikayətini geri alırsan, və mən qızı burdan aparıram. Sən məni anladınmı, danışdıqmı? Səlim əsəblə başını göstərib – babasına: bunu cavabını mənə verəcək o pislik. Çəkəcək verilən cəzasını vəssəlam. Babası dərindən nəfəs alıb – Səlimə: qızdan bir dəfəlik qıraq qalmaq istəyirsənsə, sözümü dinlə. Yox tərsliyinə salaraq dirəşəcəksənsə deyim bil, sonra istəsəndə qıraq qala bilməssən. Səlim babasına elə baxdı ki, necə yəni? -Səlimə: deyirəm böyük sözü dinlə peşman olmassan. Sonra gec olar səninçün yanarsan, Səlim şüphəli baxışlarla baxdı babasına. Ancaq tərsliyindən əl çəkəcəyinə oxşamrdı, babasıda bunu anlamışdı.
Səhər açılmışdı. Mələk yata bilməmişdi normal, gəldi mətbəxtdə. Yazığın üzündən yorğunluq axırdı, telefonuna zəng gəldi tanımadığı nömrədən. Açdı alo, biraz qulaq asıb, tamam saat 11 də şövbədə olacam. Telefonu masaya qoyub öz – özünə: şövbənizədə, hər şeyinizidə. Uğur gəldi, – Mələyə: sabahın xeyir dostum. Mələk – Uğura: xalan oğlu olan yerdə adamın sabahı xeyirmi olar. Uğur təcüblə – Mələyə: noldu omu aradı? Mələk Uğura çay südü gətirdi masaya qoydu. Sən işə gec qalma, yox o arammadı. Şövbəyə çağırdılar, saat 11 də orda olmalıyam. Uğur əyləşib – Mələyə: bax babası razı salmışdır, yaxşı oldu gəlməsi. İnşallah şikayətini geri alacaq, və bitəcək səlim kabusumuz. Mələk bir anlıq dayandı gözünü bir nöqtəyə zilləyib, – Uğura: səhvin var dostum. Xalan oğlu geri almayacaq şikayətini. Məni üzən bu deyil, ordan bura zəhmət çəkmiş gəlmiş Murad dayı, üzüləcək eşşəyə görə. Uğurun kefi qaçsada – Mələyə: şər danışmasaq xeyir gəlməz. Gəl səndə çayını iç birlikdə gedəcəyik, – Uğura: mən gedəcəm sən işə get. Uğur razı olmadı, dedim birlikdə gedəcəyik. Mələk – Uğura: vallahi tərsliyindən xala oğluna bənzərin yoxdur demirəm. Uğur çayını götürüb, Mələyin sözünə baxıb gülümsədi. Mələk əyləşdi, əllərini üzünə çəkib baxdı kənara.