Главная » Acı həyat. Roman читать онлайн | страница 36

Читать книгу Acı həyat. Roman онлайн

36 страница из 89

Babasıda gəlmişdi Səlimlə şövbəyə. Mələyin gəlməsini gözləyirdilər həyətdə. Babası Səlimin çiyninə əlini vurub, sağol oğlum mənim sözümü yerə salmadın. Səlim babasına görə çox çətində olsa, razılaşmasına peşman idi əlbəttdə. Bu an babası gülümsəyib, baxdı başqa tərəfə. Səlimdə babasının baxdığı tərərfə baxdı. Uğurun maşınından enib gələn Mələyi gördüyündə, gözlərini qıyıb baxdı. Uğurun Mələyi özündən gizlətməsinə çox əsəb oldu. Mələklə Uğur gəlib babasıyla qucaqlaşıb görüşdülər. Səlimi kəssələr qan çıxmazdı, Uğura elə əsəblə baxırdı ki, heyif alacaq baxışlarla. Babası gülümsəyərək, – Mələyə: qızım gəldim səni aparım. Bilirsən dostun çox darıxdı sənsiz, itini qəst etdi. Mələyə xəcalət olmuşdu, – kişiyə: Murad dayı utandırdınız məni, inanın belə olmasını istəməzdim. Kişi gülümsəyib baxdı, – Səlimə: nəvəm xaricən kobut olsada, sözümü yerə salmadı sağolsun. Səlim – Uğura: demək syurprizləri sevirsən xala oğlu, eləmi? Uğur cavab qaytarmadı. Səlim heyif çıxacaq baxışlarla baxıb, gözləmədən getdi içəri. Babası – olara: gəlin gedəyin, bitsin bu iş. Az vaxtdan səninlə gedərik qızım burdan. Mən nədənsə şəhəri, birdə şövbəni heç sevmirəm. Mələkdə ən azı Murad kişi qədər istəyirdi burdan tez getmək. Üçüdə getdilər içəri. Səlim öndən gedib, qapını döyüb rəyisin otağına girdi, salamlaşıb əyləşdi. Rəyis – Səlimə: qız gəlmədi hələ Səlim bəy. Səlim dərindən əsəblə nəfəs alıb, – rəyisə: gəldi burdadılar. Sizdən xayişim olacaq, rəyis baxdı – Səlimə: buyur Səlim bəy, sizi dinləyirəm.

Правообладателям