Главная » Acı həyat. Roman читать онлайн | страница 37

Читать книгу Acı həyat. Roman онлайн

37 страница из 89

Qapının önünə çatdılar, qapıda dayanan polis kimliklərini soruşdu. Mələk – polisə: adım Mələkdir, rəyis saat 11 – də burda olmamı bildirmiş. Polis qapını döyüb soruşdu, yoldaş rəyis Mələk adlı xanım gəlmiş, rəyis gəlsin dedi. Polis – Mələyə: buyurun, öndən babası girdi otağa, ardınca Uğurla Mələk keçdilər. Rəyis Səlimin babasından xəbərdar idi. Gördüyündə ayağa qalxdı görüşdü, babasıda əlini sıxıb salamlaşıb, əyləşdi nəvəsinin yanında. Uğurla Mələk əyləşmədilər. Rəyisdə yerinə əyləşib baxdı Mələyə, baxın Murad bəy qanunlarımızı bilirsiniz. Babası – rəyisə: yoldaş rəyis bağışlayın sözünü kəsirəm, mən çox gözəl bilirəm qanunlarımızı. Xayiş edirəm qısaca həll edəyin bitsin bu iş. Baxın nəvəm şikayətini geri çəkir, oldu bir iş çavandılar, böyüklük bizlərdə qalsın. Rəyis biraz baxıb, – babasına: Mələk xanımın işi təkcə Səlim bəyin başını yarmaqla bağlana bilməz. Uğur şaşqın baxdı, – rəyisə: yolsdaş rəyis buda nə deməkdir? qarşı tərəf bağışladıqda iş bağlanmırmı? yoxsa mən səhvmi bilirəm. Rəyis biraz baxıb, – Uğura: bizimkilər Səlim bəyin şikayəti üzrə vurulduğu yerə baxış keçirmişlər. İşimiz belədir, hər şeyi dəqiqləşdirməyimiz gərəkirdi. Mən dəqiq araşdırmalarını tapşırdım. Nə üçün bunuda deyim, cünki durduq yerdə admın başına vaza vurmaq hər qadının işi deyil. Bəzi şüphələrimiz oldu, – Mələyə: Mələk xanım əvəllər narkotik tərkibli və, yaxud başqa ilaçlar qəbul etdinizmi? Mələk pərt oldu. Uğurda şok halda rəyisə əsəblə baxan babasına baxdı. Uğur – rəyisə: Mələk bir ay mənimlə çalışdı. Siz nə danışırsınız, nə narkotiki, nə ilacları? durun bir dəqiqə burda yanlışlıq var. Birdən Səlimin rahat oturması gözündən qaçmadı, və anladı onun qurduğu oyuna düşmüşdü yazıq qız. Babası gözlərini qıyıb, bir kəlmə demədən rəyisin gözlrinin içinə baxırdı. Kişiyə çox pis təsir etmişdi, günahsız qızın nəvəsi tərəfindən bu həddə şərlənməsi. Babasıda ən azından Uğur qədər anlamışdı, nəvəsinin qurduğu oyun idi bu. Rəyis davam etdi sözünə. Ora baxış keçirilən zaman, xanımın iş paltarının cibindən qadağan olunmuş ilaclar tapılıb təhvil verilmiş bizlərə. Mələk bir anlıq özünü deyil, ailəsini düşünüb pis oldu. Əli ilə boynunu – üzünü ovub baxdı Səlimə. Səlimdə kinlə cavab baxışları olaraq baxdı, o mənada ki, məndən qurtuluş yoxdu deməkdir. Babası – rəyisə: siz nə danışdığınızı bilmirsiniz, rəyis – babasına: Murad bəy, baxın belə danışmayın qanunla. Biz nə tapmışıq onuda anlatırıq burda sizə. Uğur birdən əsəbləşib Səlimin yaxasından tutub, – Səlimə: alcaqsan sən, duyursanmı? gördüyüm ən şərəfsiz birisən. Sən etdin bu işi bilirəm, rəyis sakit olun desədə, Uğur buraxmadı yaxasını. Qapıda dayananlar qaçıb gəlib, Uğuru ayırdılar Səlimdən. Səlim Uğurun özündən Mələyi gizlətməsinə görə onada əsəbi idi. Yazıq babası sanki kar olmuşdu bir anlıq. Baxa qalmışdı olanlara və, duyduqlarına. Mələkdə ondan fərqli deyildi, yazıq şok olmuşdu. Uğuru zorla kənara çəkdilər. Uğur – Səlimə: bu qızın günahından necə qutaracaqsan sən? sən nə şərəfsizsənmiş, tfu sənə. Rəyis acıqlandı, bəsdir indi atdıraram səni içəri. Uğur əsəbləşdi, – rəyisə: qanun dedin bayaq, hansı qanunda yazılıb qonaq gələn qızıa şər atılıb, bu duruma düşürülməsi. Harda yazılıb deyin, bağırdı. Səlim Uğura baxırdı tərs —tərs. Mələk birdən – rəyisə: hə mənimdir cibimdən tapdığınız dərmanlar. Babasıda, Uğurda, Mələyə baxdılar təcüblə. Səlim baxdı anladı, Mələk acığa dedi belə. Mələk – rəyisə: məni indi tutuqlamanız lazımdır elə deyilmi? mən öz razılığımla indi sizə izahatımı yazacam. Sizin işiniz məni tutuqlayıb, lazımı orqanlara təhvil verməkdir. Qalanı orda qanunlarınız həll edərlər, mən razıyam cəzamı çəkməyə. Əlbətdə bu bir oyundu, Mələyə Səlim qurmuşdu. Ancaq indi Mələyin belə deməsi, gərcəkdən hər kəsi çətin vəziyyətdə qoymuşdu. Mələk əsəblə – rəyisə: icazənizlə kağız – qələm verin, kecib əyləşdi. Rəyis kağız – qələm verdi. Mələk götürüb yazdı, az vaxtda qaytardı. Rəyis kağızı oxuyub təcüblə – Mələyə: bura qonaq adıyla narkotik alveriçünmü gəldiniz? Mələk – rəyisə: bəli. Mən o dediyiniz xırda – para ilaclarla məşğul olan deyiləm. İnanın cox təhlükəli narkotik alverçisiyəm. Rəyis şaşqın baxışlarla baxdı Səlimə, babasına, – Mələyə: anlamadım mən sizi. Siz indi öz razılığınızla girişmədiyiniz işdənmi bəhs edirsiniz? yoxsa gərçəkdirmi yazdığınız. Mələk əsəblə – rəyisə: bilirsinizmi yoldaş rəyis, görürəm Səlim bəydən yaxşı aktiyor alınmaz. Bu həyatda senorya yazan elə yazmalıdır ki, hər şey gərçək kimi görsənsin. Mən istəmirəm Səlim bəy, pis aktiyor rolunda oynatsın sizi qarşımda. Mən yazdım orda həyat senariyamın başlığını, hadi çağırın məni aparsınlar. Qalanınıda qanunlarınız yazıb tamamlayarlar, nöqtəsi harda qoyular – qoyular. İnanın artıq mənə fərqi yoxdur, qarşında əyləşən bu yaşlı insandan tərbiyə aldım mən. Babası ayağa qalxdı, gözləri yaşardı yazığın. Əsən əliylə Mələyin üzünə sığal çəkib, gülümsədi. Dönüb Səlimə baxdı, göz yaşları axdı üzünə. Səlim babasının ağlamasına pis oldu. Ançaq necə demişlər? sonrakı peşmanlıqlar fayda vermir. Babası ürəyini tutub yıxılacaqdı, Səlim cəld qalxıb tutdu. Baba səslədi, həkim çağırın bağırdı. Babası qollarında yerə cökərək, gözlərini yumdu. Səlim qorxub babasını səslədi. Baba duyursanmı məni? baba qurban olum aç ğözlərini, ağladı qucaqlayıb. Rəyis tez telefonla yardım çağırırdı. Uğurla, Mələk, bir anlıq keyləşib baxa qalmışdılar. Uğur tez yanında əyilib, babasının nəbzini yoxladı. Qulağını sinəsinə qoyub, ürək döyüntüsünü dinləməyə çalışırdı. Səlim qorxmuşdu, baba deyib ağlayırdı. Mələk Səlimin qollarında huşsuz qalmış kişiyə baxdı. Kişinin bu hala düşməsinə elə üzüldü ki, gözlərindən yaş süzüldü üzünə.

Правообладателям