Главная » Acı həyat. Roman читать онлайн | страница 69

Читать книгу Acı həyat. Roman онлайн

69 страница из 89

Beləcə bir neçə gün keçdi, Uğur Mələyi şəhərin gözəl yerlərində gəzdirirdi. Uğura Dənizdən zəng gəldi. Uğur Səlimə incik olsada, Dənizin xətrini çox istəyirdi. Telefona cavab verdic alo Dəniz, biraz qulaq asıb kənara gedib, nə isə danışdı. Mələk kedib əyləşdi skameykada, telefonu söndürüb gəlib əyləşdi yanında. Mələk çox danışmırdı əvəllki kimi, – Mələyə: Dənizdi arayan, bizə getmiş. Mələk əstafa baxıb – Uğura: sənin ailən hardadır? Uğurun üzündən hiss olundu nə isə problemi vardı ailəsində. Mənim valideyinlərim başqa ölkədə yaşayırlar, yəni deməkdə çətinlik çəkdi. Anam başqasıyla yaşayır, atamda başqasıyla, məndə o üzdən olarla yaşamıram. Mələk – Uğura: əlaqəndə yoxmu? Uğur sinəsini ovdu əliylə, bu haqda danışmaq ona çətin idi. Var əlaqəm ikisiylədə, ildə bir dəfə, oda doğum günümdə məçbur çavab verirəm telefonlarına. Guya məni dünyaya gətirib yaxşı həyat vermişlər kimi, sözünün ardını demədi. Mələk əlini Uğurun dizinə qoyub, şükür həyatdadır valideyinlərin, olacağa çarə yoxdur üzülmə. Uğur zarafatla, – Mələyə: artıq üzülmürəm, sənin anan var mənimçündə. Qısqanmırsan demi dostum? – Uğura: əksinə, şadam dostum. Cibində siqaret çıxarıb yandırdı, – Uğura: birincidir səni siqaret çəkən görürəm. Uğur tüstünü ciyərlərinə çəkib, – Mələyə: tərgimişdim, yenidən ürəyim istədi. Mələk yavaş səslə – Uğura: buna dostun səbəb oldu, elə deyilmi? özünü qəst etdi. Uğur dəridən nəfəs alıb – Mələyə: xeyir sən deyil, yaramaz xalam oğlu səbəb oldu. Mələk biraz düşünüb, – Uğura: Murad dayını yenidən yatağa saldı eşşək. Uğur təcüblə baxıb – Mələyə: o sənin Murad dayında heç göründüyü kimi deyilmiş. Nəvəsini qorumaqçün sənin yıxıldığını demiş, – Uğura: mən ora getdiyimdə, Murad dayı orda deyildi. Onada mənim yıxıldığımı Səlim demiş. Uğur şaşqın baxaraq, – Mələyə: anlamadım, yəni gərçəklərdən xəbərsizmi olub? Mələk kinlə gülümsədi. Məni vurduqdan sonra Səlim olanları Dənizə demiş. Dənizdə atasına deyib, o üzdən atası gəlmiş qaçaraq. Murad dayı düzgün insandır, bilsəydi hadisə necə olmuş, inan olduğu kimi deyərdi. Sadəcə o anda yazıq yıxıldğımı düşünərək şok olmuş, bunu o heç vaxdı bilməyəcək. Əgər bilsə nəvəsinə çox qırılar, – Mələyə: sən onun nəvəsinimi düşünürsən? bilsin necə manyak olduğunu. Mələk -Uğura: olardan başqa onun kimsəsi yoxdur anla, yaşlı halında yetdik stress yaşadı. Mən istəmirəm yaşlı adam bizə görə dərt çəksin, sizdə onu səhv anlamışsınız. Gərçəkləri bildin, işdi Murad dayıyla rastlaşsan, xayiş edirəm hörmətlə davran. Uğur əlindəki siqareti qaraldıb atdı, – Mələyə: hammıya Mələk olub özümü yandıraram deyirsən. Mələk – Uğura: eyni sənin kimi dostum, bax neçə günlərdir işini – gücünü atıb yanımdan ayrılmırsan. Səninlə fərqimiz nədir ki? Uğur gülümsəməyə çalışdı, – Mələyə: mən dostumçün canımıda verərəm. Mələkdə zarafatla – Uğura: gözlərimin şahidiyəm dostum, deməyə gərək yox.

Правообладателям