Главная » Acı həyat. Roman читать онлайн | страница 66

Читать книгу Acı həyat. Roman онлайн

66 страница из 89

İçəridə qızının əlini tutub atası dayanmışdı yanında, Mələk çox halsız idi danışmağa çətinlik çəkirdi. Atası ağlamamaqçün özünü zor tuturdu, şükür səni Allahım bizə bağışladı qızım. Yorma özünü, sabaha daha yaxşı olacaqsan, danışarıq canım qızım. Mələk nə isə demək istəyirdi, bacarmırdı. Zorla Ana sözünü dedi, atası anından öpüb – qızına: ananda burdadır, narahat olma. Həkim az vaxlıq icazə verdi səni görməyimizə, indi anan gələcək. Alnından təkrar öpüb çıxdı otaqdan, atası çıxan kimi anası girdi otağa. Qızını elə halda görüb çox kövrəldi, can qızım, gəlib qucaqlayıb öpüb ağladı. Mələk nə isə deməyə calışırdı, yenədə bacarmırdı. Yazıq anasının ürək dağlayan ağlaşından dahada pis oldu, danışa bilmədi. Bir qoluyla çox çətinliklə anasını qucaqlayıb özünə sıxa bildi.

Beləçə daha 10 gün ötdü keçdi, Mələk artıq özünü yaxşı hiss edirdi. Həkim öz kantrolu altında saxlamışdı, icazə verməmişdilər kəndə qayıtsın. Mələyi anasıyla, Uğur öz evinə gətirmişdi, anası mətbəxtdə yemək hazırlayırdı. Mələk yerindən qalxdı, başında hələ ağrı hiss edirdi, içəri Uğur girdi. Sən niyə qalxırsan? duymadınmı həkim nə dedi? gəlib Mələyin qolundan tutdu. Mələk – Uğura: sən niyə işdə deyilsən? yoxsa bu gün bazardımı, mən günlərimidə qarışdırmağa başladım. Uğur zarafatla – Mələyə: bazardı dostum, o üzdən evdəyəm. Ğəl yardım edim, vannayamı gedirdin? Mələk bir anllıq nəsə düşündü, cavab verməyə çətinlik çəkdi. Uğurun ürəyi parcalanırdı Mələyi belə görməsi, yox mən sıxıldım yatmaqdan. Uğur istəmirdi Mələk özünü belə pis hiss etsin, gülümsəyib, – Mələyə: mən bilirəm niyə qalxdın. Anamız mətbəxtdə dadlı yeməklər hazırlayır, sən qoxusunu duymuşsan. Gəl gedək qolundan tutdu, – Uğura: anam burdadırmı ki? Uğur biraz şaşqın baxdı Mələyə. Ancaq tezdə özünü toparladı, hə burdadı, sən yatdın unutdun dostum gəl gedək. Mələyin hələ başı gicəllənirdi, uşaq kimi Uğurun qolundan tutub, otaqdan çıxdılar yavaş addımlarla.

Правообладателям