Главная » Acı həyat. Roman читать онлайн | страница 65

Читать книгу Acı həyat. Roman онлайн

65 страница из 89

Beləcə axşam oldurdu, həkim çıxdı otaqdan, hamı baxdılar həyəcanla. Həkim gülümsəyərək, – olara: gözümüz aydın xəstəmiz özünə gəldi. Bir anlıqda hər kəsin ürəyinə rahatlıq gəldi, Uğur anasını qucaqlayıb öpdü. Duydunmu anam? dedimmi mənim dostum güclüdür ayılacaq. Anasıda Uğuru qucaqlayıb ağladı, yazıq danışa bilmədi. Atası ayağa qalxıb gəldi. Dənizdə Gülsümü qucaqlayıb sevinclərini bölüşdülər, şükür bacım ayıldı. Dənizdə çox sevinmşdi, – Gülsümə: bacının hələ qardaşımdan alacaq heyifi var, belə rahat təslim olmazdı. Gülsüm Dənizin zarafat etdiyini düşünüb gülümsədi, gözlərinin yaşını sildi. Ancaq yazıq bilmirdi sözlərində gərçək vardı. Atası – həkimə: qızımı görə bilərəmmi? Həkim – atasına: ancaq deyim çox az vaxtlıq. Atası həkim sözünü bitirməmiş girdi içəri, Səlimin atasıda gəldi. Təşəkkür etdi həkimə, həkim əlini sıxıb, Paşa bəy siz mənimlə gəlsəniz. İşarə etdi ki, xəstə haqda təklikdə deyəcəkləri vardı, bu Uğurun gözündən qaçmadı. Getdilər həkimlə, Uğur işarə etdi Gülsüm yaxınlaşdı, mən indi gəlirəm anam. Tez ayağa qalxdı, – Gülsümə: anamın yanında əyləş, gəlirəm indi. Tez getdi həkimlə, Səlimin atasının ardınca.

Правообладателям