Читать книгу Acı həyat. Roman онлайн
70 страница из 89
Uğurun evində Gülsümlə Dəniz oturmuşdular. Əlbətddə Dəniz Mələyin anasından gərçəkləri gizlətmişdi. Gülsümdə xəbərsizdi Mələyin başına gələn gərçək işdən. Dəniz- Gülsümə: arasaqmı birdə? Uğurun səsi duyuldu. Kimi itirdin Dəniz xanım, dönüb baxdılar gələn Uğurla Mələyə. Gülsüm tez qalxıb gedib Mələklə qucaqlaşıb görüşdü. Uğurlada əl verib görüşdülər, Dənizdə qalxıb gedib qucaqlaşıb, hər ikisiylə görüşdü. Gəlib əyləşdilər, Dəniz – Uğura: xalamın yaraşıqlı oğlu, sən heç belə çox gəzməzdin. Uğur Dənizə işarə etdi ki, Mələyin yanında işdən çıxdığını bildirməsin, Dəniz anladı. Uğur – Dənizə: hava yaxşıydı xalamın gözəl qızı, Mələk dedi ki, Dənizin dalğası sakit vaxdı çıxaq dolaşaq. Bu Mələyin zarafatı idi Dənizə dediyi. Gülsüm – Dənizə: yaxşıdır mənim ləqəbim yoxdur. Mələyin özünə baxdığınə görüb, – Dənizə: var mən unutdum, bacım baxdığında xatırladım. Zarafatlaşıb gülüşdülər, Mələk gülmürdü, – Dənizə: anam hanı? Dəniz gülümsəyərək, – Mələyə: otağına yatır. Mələk narahat oldu qalxacaqdı, Gülsüm – Mələyə: hava filan dəyişdi o üzdən yatır, narahat olma əyləş. Mələk – Gülsümə: sənin, nə isə deyəcəkdi yenə unutdu sözünü, belə olduğunda özündən asılı olmadan əsəbləşirdi. Gülsüm anladı tez cavab verdi, dərslərim normasındadır bacım narahat olma. Mələk unutduğu sözünü Gülsüm anladı deyə zarafatla, – Dənizə: dalğa xanım baxsana bacıma, sanki xüsusi hazırlanmışlar ünverstetdə oxuyur. Söz ağzımdan çıxmamış fikrimi oxudu, Dəniz həmişə gülər üzlü idi. Mələyin zarafatına ürəkdən güldü. Gülsümdə gülümsədi, Mələyin zarafatına. Uğur – Dənizə: dalğa xanım sən mənə yardım et qəhvələr süzək. Dəniz anladı Uğurun özünə sözü var idi, tamam mənmim yaraşıqlım. Ayağa qalxıb getdilər mətbəxtdə. Gülsüm uşaq kimi başını Mələyin çiyninə qoyub, necə kecdi gəzintiniz? – Gülsümə: vallahi mən buranın gözəlliyini, kəndimizin təbiətinə dəyişmərəm. Gülsüm bilirdi Mələk sevmirdi artıq buranı, son olanlardan sonra. Vallahi düz deyirsən bacım, məndə darıxdım kəndmizçün. Mələk – Gülsümə: sən məcbursan qalmağa burda, sənin əvəzindən mən kəndimizin dadını çıxararam. Gülsüm Mələyin zarafatına gülümsədi, ancaq artıq söz deyib kefini qaçırmaq istəmədi.