Читать книгу Acı həyat. Roman онлайн
68 страница из 89
Uğurla anası gözəl süfrə açmışdılar, masa ətrafında əyləşib günorta yeməklərini yeyirdilər. Mələk – anasına: atam gedibmi? anası gülümsəyib, hə qızım gedib. Mələk – anasına: mən yatrdımmı o gedəndə? mənimlə salamatlaşmadan atam getməzdi. Anası kövrəldi qızının olanları unutdaraq irəli – geri danışmasından, əliylə ağzını tutub baxdı Uğura. Uğur xayiş edici baxışlarla baxdı ki, ağlamasın. Uğür gülümsəyib, – Mələyə: atalar qızlarını yuxudan oyatmağa qıymazlarmış, gözümün şahidi oldum. Mələk birdən əlindəki qaşığı qoyub baxdı, anası – qızına: qızım sevmədinmi yeməyi? başqasından ye. Mələk nə qədər çalışdı fikrini toplaya bilmədi, nə edəcəyini şaşırmışdı. Uğur anladı tez stulunu çəkdi yanına, dostum bu yemək əllə yeyilir. Uğur yeməkdən əli ilə götürüb – Mələyə: aç ağzını dostum, bax anamız necə dadlı hazırlamış. Mələk Uğurun verdiyini əlindən yedi, anası baxa qalmışdı qızının yaddaşını itirməsinə. Gözünün önündə qızını belə görməsi, hansı anaya rahat olardı ki? əlbətdə heç birinə. Yazıq qadın ağladığını qızı görməsin deyə, – olara: mən çaya baxım. Tez getdi mətbəxtdə ki, ağladığını gizlətməkçün. Mələk uşaq kimi gözünü ovub baxdı Uğura. Uğur gülümsəməyə çalışırdı çətində olsa, – Mələyə: dostum sən yuxudan doymadınmı? hadi ye sonra yatarsan. Mələyin zarafatlı sözləriçün çox darıxırdı Uğur. Mələyi belə görməsinə çox cətin dayana bilirdi. İçindən param – parca olmuşdu, Mələk yeməkdən əliylə götürdü. Uğur baxdı ki Mələk yəqin özü yeyəcək, Mələk yeməyi uzadıb – Uğura: ye səndə dostunun əlindən. Uğur əlindən verdiyini yedi, mm vallahi yeməyin dadı – tamı bir başqa dəyişdi dostum. Mələk yenə yeməkdən götürdü, – Uğura: anamın xətrinə dəyər dostum, yemək öz dadında qalsa yaxşıdı. Uşaq deyilsən özün ye, Uğur elə sevindi ki, Mələyin zarafat etməsinə. Canım dostum, həsrət qoyma məni zarafatlarına, anası gəldi sinidə çaylarla. Uğur qalxıb yardım etmək istəyirdi, arvad icazə vermədi, əyləş oğlum narahat olma. Çayları masaya sinidə qoyub əyləşdi. Mələk – anasına: ana biz evimizə nəvaxt gedəçəyik? anası gülümsəməyə çalışdı. Həkim yaxınlarda gedəcəksiniz dedi, azacıqda burda qalmağımız gərəkir qızım. Uğur – Mələyə: dostum xətrimə dəyirsən, baxsana nə gözəl birlikdə vaxtımızı keçiririk. Qalın heç getməyin, bax məndə tək darıxıram. Mələk Uğura baxdı, nə isə soruşmaq istədi, ancaq deyəcəyini o andada unutdu. Bunu anasıyla Uğur çox gözəl anlayırdılar, hadi dostum bitir yeməyini. Anası qızının üzünə baxa bilmirdi, kənara baxıb özünü toparlamağa çalışdı.