Читать книгу Acı həyat. Roman онлайн
64 страница из 89
Beləcə 3 gün keçdi, Mələyi şəhər xəstəxanasına gətirmişdilər. Həkimlər əllərindən gələn yardımı əsirgəmədən edirdilər. Dənizlə Gülsümdə gəlmişdilər xəstaxanaya. Dənizdə gərçək olanları Gülsümə deməmişdi. Gülsüm Mələyin anasına qısılıb göz yaşlarına boğulmuşdu. Dəniz divara söykənib baxırdı gözləri yaşlı. Mələkdən hələ bir irəliyiş yox idi. Uğur gəldi əlində yeməklə, gəlib anasının o bir tərəfində əyləşdi. Gətirdiyi yeməkdən yedirməkçün səslədi anacan, yazıq arvad gözləri yaşlı dönüb baxdı. Hay can oğlum, Uğurunda gözləri yaşardı elə cavab duyduğunda. Canın ağrımasın anam, nə olar bir tikə ye mənim xətrimə. Belə olmaz, dostum ayıldığında yanında dayanmağa halımız olmasa, çox üzüləçək. Əliylə götürüb yeməkdən uzatdı ki yesin, arvad qırmadı verdiyini çətində olsa yedi. Yazıq o qədər kövrək olmuşdu, Uğurun əlini öpüb üzünə tutub ağladı. Uğura çox pis təsir edirdi yazıq qadını belə görməyi, dərdinin üstünə dərt gətiridi. Tez qucaqlayıb sinəsinə sıxıb tutdu, Gülsüm dayana bilmədi. Qalxıb ağlayaraq getdi, Dənizdə getdi Gülsümün ardınca. Səlimin atasıda kənardan dayanıb baxırdı. Mələyin atasıda bir kənarda otumuşdu, dinməz səssiz. Babasını gəlməyə qoymamışdılar, xəstə olduğundan. Səlimin bir səhvi hər kəsi pərişan etmişdi.