Главная » Acı həyat. Roman читать онлайн | страница 67

Читать книгу Acı həyat. Roman онлайн

67 страница из 89

Evdə Səlim kefsiz oturmuşdu, atası gəldi əyləşdi, oğluna baxdı əsəblə. Səlimi atası acılamışdı etdiyi yaramaz hərəkətdən sonra. Uğurun işdən çıxmasında sənin barmağınmı var? Səlim əsəblə yavaş səslə, – atasına: yoxdur. Atası şüphəylə baxaraq – oğluna: tapşırdım mağazaya başqa işçi götürülməsin. Sabah səhərdən sən gedib çalışacaqsan, duydunmu məni? get çalışda lazımsız şeylərə vaxdın qalmasın. Səlim heç bir söz demədi, atası əsəblə ayağa qalxıb – oğluna: bu sənə sonuncu şansdır verirəm. Birdə duyarsam bir tərs işini, silərəm səni evlatlıqdan, duydunmu? Səlim sakit dayandı. Dəniz gəldi, duymuşdu atasının dediklərini, atası getdi çıxıb evdən. Dəniz qardaşının yanında əyləşdi, üzülmə mən sənə yardım edəcəm işdə. Səlim o qədər danlanılıb acılanmışdı həm atası, həmdə Uğur tərəfdən. Elə yorğun idi ki, sanki çiyninə tonlarla yük qoymuşdular üzündən bəlli idi. Qardaşının belə susması Dənizi narahat edirdi, bilirdi yenə dinc durmayacaqdı. Başını qardaşının çiyninə qoyub, xayiş edici baxışlarla baxdı üzünə. Səlim kənara baxdığında, Dəniz anladı ki, qardaşını və Mələyi daha betəri gözləyirdi qarşıda.

Правообладателям