Читать книгу Acı həyat. Roman онлайн
71 страница из 89
Beləcə bir gecənində sabahı oldu, Mələk yerindən qalxıb gəldi, anası mətbəxtdə yemək hazırlayırdı. Mələk – anasına: sabahın xeyir anacan, – Mələyə: sabahın xeyir qızım, gəl səhər yeməyin hazırdır. Mələk keçib əyləşdi, – anasına: Uğur qalxmadımı hələ? anası çay süzüb gətirib qarşısına qoydu. Uğur səhər tezdən getdi qızım, narahat olma mən onunda səhər yeməyini verdim. Mələk – anasına: yəqin işə gedib, neçə günlərdir yazıq işindən oldu. Anası gedib siniyə səhər yeməkçün, yağ – pendir və başqa şeylər qoyub gətirdi. Sinidəkiləri masaya düzüb – qızına: Uğura bir can borcumuz var qızım. Çox mədəni və tərbiyəli oğlandır, çox sağolsun hərşeyçün, bizə oteldə qalmağada icazə vermədi. Mələk çayından içib, – anasına: o mənim canım dostumdur, anası baxıb gülümsədi. Mələk birdən masada qalmış Uğurun telefonunu görüb, – anasına: off telefonunu unutmuş yazıq. Anası – Mələyə: məndə o gedəndən sonra gördüm qızım, – anasına: mən birazdan aparıb çatdıraram iş yerinə. O telefonla sifariş qəbul edir, anasıda üzüldü belə dediyində – Mələyə: of yazığa söz gəlməsin sonra. Məndə gəlim qızım səninlə, – anasına: yox ana sən narahat olma, taxsi çağırıb çatdırıb tez qayıdacam. Anası artıq söz demədi, tamam qızım yeməyini ye apararasan.