Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
72 страница из 129
Mən sənə gəldim anacan, qızın Aylınam. Anasının qapıdan tutumuş əli yanına düşdü, qulaqlarına inanmadı, həyəcanlandı. Gərcəkdən qarşısındakı doğma qızı Aylın idi, ölməmişdi şükürlər olsun. Anası bütün olanlardan – yalanlardan şok yaşamışdı, yazıq qalmışdı şaşqın baxaraq. Aylını heç görmədiyiçün, bilmirdi gərçəkdən qızıydımı – deyildimi. Nə isə demək istədi, danışa bilmədi. Aylın anasının boynuna sarılıb, qucaqlayıb ağladı. Aylın – anasına: ölmədim anacan, bu dəfədə ölmədim, səninçün həyatdda sağ qala bildim. Anası artıq anladı, qarşısındakı üzünə illər öncə həsrət qaldığı, doğma evladı idi. Qızım canım, balam, səsi titrədi əlləri əsdi. Aylına sarılıb elə ağladı ki, insan olan hər kəsin ürəyinə toxunardı ana fəryadı, ağlaşı, yanğısı, yazığı günahsız çox yandırmışdılar.
Aylını təkrar – təkrar üzündən – alnından öpərək, qoxlayıb qucaqlayaraq, yana – yana içini çəkərək ağlayırdı. Anası – Aylına: sən mənə döndün qızım, döndün məni tərk etmədin. Allahım dualarımı duydu, bu qədər haqsızlıq ola bilməzdi bizə qarşı. Allahım çox şükürlər olsun sənə, qızımı qaytardın mənə. Aylının üzündən ikki əllləriylə tutub, öpməkdən doymudu. Anası – Aylına: bağışla qızım, bağışla məni. Canım qızım bağışla, səni qoruya bilmədim pisliklərdən, haqsızlıqlardan. Qızının üzündən öpə – öpə qoxusunu alaraq, saÇlarını sığallayıb, təkrar bağrına basıb hönkürərək ağlayırdı.