Главная » Günahsız günahkar. Roman. Hissə – 5 читать онлайн | страница 73

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн

73 страница из 129

Aylında göz yaşlarına boğulmuşdu, anasını sakitləşdirməyə çalışırdı. Qucaqlayıb bərk – bərk özünə sıxıb, üzündən – saçlarından, öpərək yaş süzülən gözləriylə baxırdı. Doymurdu anasının nur üzündən, qoxusundan. Sonunda anasının ürəyi dözmədi, özündən keçindi qızının qollarına düşdü. Aylın anası yıxılmasın deyə, qapıda yerə otuzdurub qucaqlayıb tutdu. Aylın – anasına: anacan nə olar özünə gəl, üzünü sığallayıb öpdü. Aylın qucağında qalmış anasını bərk – bərk uşaq kimi qucaqlayıb, özünə qısıb tutumuşdu.

Sanki əlindən alacaqlarından qorxurdu, illərin anasız həsrəti – qorxusu, özünü biruzə verirdi.


Axşam olurdu, Ümid – atasına: mən anama gedirəm. Allah bilir yenə heçnə yeməmiş, səhərdən axşama kimi. Atası üzülürdü, dərindən nəfəs alıb – oğluna: yanınada kimsəni qoymur, qəbul etmir. Qalan ürəyimizdə anan üzür bitirir, get bax mənə mesaj yaz necədir. Zəng etdiyimdə telefonumu açmır, qapını üzümə açmır, nə günə qaldıq Allahım. Ümid – atasına: başqa nə gözləyirdin ata? atasının yazıq – peşman baxdığını görüb, başqa söz demədi. Telefonunu açarlarını götürüb, çıxdı otaqdan. Atası öz – özünə: Allah mənim cəzamı versin. Daha bundan artıq nə cəza verə bilər ki? dərindən nəfəs alıb baxdı, nifrət dolu baxışlarla.

Правообладателям