Читать книгу Günahsız günahkar. Roman. Hissə – 5 онлайн
74 страница из 129
Nicat yatdığı yerdən ayağa qalxdı, başı döndü az qaldı yıxılsın, geri yerinə əyləşdi. Nazlı gəldi, – Nicata: gəl yardım edim gedək, anam gözləyir yeməyə. Nicat – Nazlıya: canım heçnə istəmir siz yeyin. Nazlı əl çəkmədi, zorla qolundan tutub qaldırıb – Nicata: elə şey yoxdur. Sən yeməsən bizdə yeməyəcəyik, gəl dedim. Zorla yavaş addımlarla otaqdan çıxardı.
Xalası süfrəni hazırlamışdı, ağladığıda hiss olunurdu gözlərindən. Nicatı görüb gülümsəməyə çalışdı, oğlum gəl sevdiyin yeməkləri hazırladım. Qolundan tutub oturmasına yardım etdi Nazlıyla. Yanında əyləşib, saçlarını – üzünü sığallayıb – Nicata: belə olmaz oğlum, yeməlisən ayaqda qalmançün. Nicatın gözləri yaşardı, – xalasına: kiminçün ayaqda qalmalıyam? Aylın artıq yoxdur xala. Onsuz həyatım söndü, məhv oldum mən. Xalası saçlarından öpdüb, göz yaşlarına hakim olmağa çalışırdı ki, Nicat dahada üzülməsin – qırılmasın. Xalası – Nicata: Aylın ölmədi, Nicat pərt xalasına baxdı.
Xalası yeməklərdən boş qablara çəkərək – Nicata: mən inanmıram qızım ölmədi. Bilirəm, ürəyim hiss edir, vardır bir planı. Görəcəksən bir gün gələcək, mənim qızım sağdır, ölmədi inanmıram. Mən görmədim ölüsünü yalandır, bilmədiyimiz bir şeylər var. Ürəyim məni Aylına qarşı heç aldatmadı, hər zaman düz çıxdı ona qarşı hiss etdiklərim. Baxarsınız bu dəfədə elə olacaq, qızım gələcək qıymaz, o bizi tək qoymaz, yemək çəkən əlləri əsdi.