Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 75

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

75 страница из 127


Ramiz Dilqəmin yanına gəldi, Dilqəmdə olanlardan çox sarsılmışdı, üzgün baxışlarla baxdı Ramizə. Ətrafa baxıb – Ramizə: hanı Aylın? Ramiz əsəblə yavaş səslə – Dilqəmə: olanlardan oda pis olmuş, biraz yatsın dincəlsin. Ramizin danışığından anladı Dilqəm, dinc durmamışdı yenədə qardaşı. Dilqəm dərindən nəfəsini alıb, əliylə alnını ovaraq Ramizə baxıb, başını narazılıqla sirkələdi.

Nazlı anasının dizlərinə başını qoyub oturmuşdu. Ramiz yaxınlaşıb çiynini sığalladı mehribanlıqla – Nazlıya: bax bacım, demişdimmi sənə dönəcəksən anana? Nazlı Ramizin boynuna sarılıb qucaqladı, ağladı. Anası əliylə axtardı Ramizi, tez Afətin əlindən tutudu, gözlərindən yaş sel kimi axdı. Afət – Ramizə: oğlum Allah sizlərdən razı olsun, siz olamasanız, sözünün ardını deyə bilməd ağladı. Ramiz Afətin əlindən tutub öpərək, üzünə tutudu. Mən ailəmi itirdim əvəzində sizi tapdım, siz artıq mənim ailəm sayılırsınız, başqa sözə ehtiyac yoxdur. Afət Ramizin əlini sıxaraq ağladı, Dilqəm kənardan baxırdı olara. Nazlı – Ramizə: səndə artıq bu ailənin evladısan qardaşım, yaxşı ki varsan. Ramiz bir əliylə Nazlını qucaqlayıb tutumuşdu, o bir əliylədə anasının əlindən turmuşdu. Ramiz – olara: mən son nəfəsimə kimi sizinlə olacam.

Правообладателям