Главная » Günahsız günahkar. Roman. Hissə – 4 читать онлайн | страница 76

Читать книгу Günahsız günahkar. Roman. Hissə – 4 онлайн

76 страница из 127

Nicat halsız – üzgün kənardan baxırdı olara, Dilqəm Nicatı görüb baxdı anladı, nə isə olmuşdu. Rəngi – ruhu uçmuşdu üzündən, Dilqəm üzgün baxışlarla baxdı Ramizə Nicata.

Axşam olmuşdu, Aylın yorğunluqdan yatıb qalmışdı, gözlərini açıb baxdı. Xatırladı halı pis olub yatıb qaldığını, dərindən nəfəs alıb yerində əyləşdi, əllərini üzünə çəkib, baxıb düşündü. Aylına bütün olanlar çox təsir edirdi, qalxıb otaqdan çıxıb getdi.

Nicatın otağının yanından keçdiyində qapı açıldı, Cansu cıxdı. Aylını görüb, yaxşısınızmı Aylın xanım? – Cansuya: yaxşıyam, oğlum kiminlədi? – Aylına: Nicat bəy yanında yatızdırdı Sərdarı, narahat olmayın. Aylın – Cansuya: sənədə çox əziyyət oldu bu aralar. Cansu mehribanlıqla – Aylına: siz narahat olmayın hər şey yaxşıdır, mən gedim Bahar xanımda gəlmiş, lazım olana yardım edim. Aylın bir söz demədi, üzünün ifadəsiylə razılığını bildirdi, Cansu getdi. Aylın ehtiyatla qapını açıb gəldi, Nicatla oğlunun yanına. Uşaqla Nicat yatmışdılar üz – üzə, Aylın olara baxıb gülümsədi. Cansu uşağın üstünü örtmüşdü, Nicatın üstü açıq idi. Aylın yaxından bir şey tapıb Nicatın üstünü örtdü ehtiyatla, əyilib yatmış oğlunu öpüb, otaqdan çıxdı ehtiyatla.

Правообладателям