Читать книгу Acı həyat. Roman онлайн
40 страница из 89
Gecə saat 10 idi qapı açıldı, polis – Mələyə: qalx gəl. Mələk oturduğu yerdən qalxıb qapıya yaxınlaşdı. Polis çıx deyə işarə etdi. Mələk qapıdan çıxıb dayandı, polis qolundan tutub apardı.
Rəyisin otağına çatıb qapını döyüb, Mələyi içəri keçirdi. Mələk işıqsız yerdə qaldığından gözləri qamaşdı. Otaqda rəyisdən başqa tanımadığı bir kişidə var idi. Dönüb Mələyə baxdı, gələn Səlimin atası idi. Rəyis – Mələyə: əyləş, Mələk keçib əyləşdi kişinin yanında. Rəyis biraz baxıb – Mələy: biz sənin bütün dannılarını yoxladıq. Siz heç bir zaman pis işlərə bulaşmamısınız. Qarşısındakı Mələyin yazdığı kağızı götürüb, cırıb masaya qoydu. Sizin bir günahınız var, oda Səlim bəyin başını yaralayaraq xəstəxanalıq etməniz. Səlim bəy şikayətini geri çəkdi, sərbəstsiniz gedə bilərsiniz. Ancaq bir şərtlə, Səlim bəylə bir daha qarşılaşmamaq şərti ilə. Mələk biraz baxıb – rəyisə: onunla hec şeytanda qarşılaşmasın. Gedincə öncə məndə sizə bildirmək istəyirəm, o dediyiniz Səlim bəy, bəy ifadəsinə layiq biri deyil. Mən onun başına xalası oğlunu yersiz vurduğuna görə vurmuşdum. Bəlkə boş başı axıla gələrdimi, bir daha əllə – qolla danışmaz günahsız insanlarla. O səbəb olub babasıda xəstəxanalıq oldu, elə evlad olunca hec olmasa yaxşıdır, tərbiyəsiz eşşək. Rəyis başını qaşıyıb Səlimin atasına baxdı. Mələk ayağa qalxdı, – rəyisə: məni sərbəst buraxdığınıza görə sizə təşəkkür etməyəcəm. Səbəbinidə deyim, ona görə təşəkkür etməyəcəm ki, qanunlarınız hər kəsə bərabər deyil. Rəyis əsəblə baxıb nə isə demək istəyirdi, Paşa bəy işarə etdi ki deməsin. Rəyis başqa kağızı masaya qoyub, – Mələyə: az qala unutmuşdum, bura imzanı at elə get. Mələk kağızı oxumadan imzasını atdı, qələmi qoydu kağızın üstə. Əsəblə baxıb, – rəyisə: bilirəm bitmədi, müvəqqətidir atdığım imzamda. Ancaq hələlik gedə bilərəm, rəyis Mələyin sözünə təcüblə baxdı, bəli gedə bilərsiniz Mələk xanım. Mələk otaqdan çıxdı. Səlimin atasıda ayağa qalxdı, – rəyisə: qızın adından mən sizə təşəkkür edirəm yoldaş rəyis. Salamatlaşıb tələsik çıxdı.