Читать книгу Acı həyat. Roman онлайн
42 страница из 89
Gec olsada, Mələk gəldi Səlimin atasıyla Murad dayısının yanına. Dəniz gəlib qucaqlayıb görüşdü, xoş gəldin Mələk. Mələk hələ nçikdi Dənizədə. Qardaşının burnunun ucuna gəlişim bir o qədərdə xoş sayılmır Dəniz xanım. Bu olanlara görə atası Dənizidə danlamışdı. Arxadan Uğurda gəldi Dənizlə görüşdü. Atası – Dənizə: baban yatırmı? Dəniz başıyla yox deyə işarə etdi. Gəl qızım səni gözləyir atam, Mələk çalışırdı Səlim haqda düşünməsin. Çarəsiz Uğura baxıb, kişinin ardınca getdi. Uğur – Dənizə: gəl biz səninlə qəhvə içək. Bilirdi Dənizi atası acıladığını, Uğur cox istəyirdi Dənizin xətrini. Dəniz gülümsəyib, – Uğura: gəl mənim yaraşıqlı xalam oğlu, qolundan tutub mehribanlıqla apardı.
Səlimin atası gəlib qapının yanında dayandı, Mələyə baxdı. Mələk anladı özünün içəri kecməsinə işarə idi bu. Əlini atıb qapını açıb ehtiyatla girdi otağa, içəri biraz qaranlıq idi. Baxdı yataqda yatırdı Murad dayısı, qolunada sistem qoşulu idi. Yavaş səslə – Mələyə: gəl mənim gözəl qızım. Mələk kişinin baxmadan özünün gəldiyini anladığına, çox pis oldu. Yaxınlaşıb yanında dayandı, əyilib əliylə kişinin saçlarına, alnına, sığal çəkdi. Səni yenidən görməyimə necə şadam bir bilsən canım Murad dayım, kişi gözlərini açıb baxdı. Mələyin gözlərindən axan yaş damcıları, kişinin üzünə düşdü. Kişidə kövrəldi, Mələyin əlindən tutub öpdü. Canım qızım keçdi ağlama, hər şey yaxşı olacaq. Mələk kişinin üzündən öpüb, başını sinəsinə qoyub, səsini içinə salıb ağladı. Kişi – Mələyə: biz burdan az vaxtda gedəşəyik qızım, ağlama. Bir daha dönməyəcəyik dostuna gedəcəyik, özləmişdir səni çoxdan. Mələk kişini qucaqlayıb elə ağladı ki, qapıdan baxan atasıda pis oldu. Qapını örtüb getdi. Mələk göz yaşlarını silib, kişinin üzünə damlamış göz yaşlarınıda əli ilə sildi. Gərçəkdən bura bizim yerimiz deyil Murad dayı. Sən tez sağal gedək burdan, burda insanlar kəndimizdəki kimi deyillər. Bizim öz kəndimiz və insanlarımız yaxşıdılar. Kişi gülümsəməyə çalışdı, – Mələyə: mən o üzdən buraları sevmirəm qızım. Burda nə qonşu – qonşunu tanıyır, nə də yıxılan olsa, qolundan tutub qaldıranın olar. Mələk kişinin yanında oturub, nə qədər palçıqlı – tozlu olsada, mən kəndimizi belə 100 şəhərə dəyişmərəm. Kişi gülümsəyərək, – Mələyə: palçıq işində dostun profisyanaldır. Ayaqlarının palçığıyla az üstünü bulamadı. Mələk gülümsəyərək, – kişiyə: bulasın dostumdur o mənim. Biz nə palçıqdan, nədə yağışda islanmaqdan qorxmuruq, elə deyilmi Murad dayı? bu ikisinində sözü idi. Kişi xatırlayıb gülümsədi, elədir mənim gözəl qızım. Düzü heç axlımıza gəlmədi, ikimizində bir gün şəhər tufanında islanacağımız. Mələk Səlimi qəst etdi, kişi anladı. Biz güclüyük qızım, kənt yağışlarının, şəhər tufanlarına immuniteti güclü olur. Elə deyilmi oğlum? Mələk baxdı kişi oğlum dediyində. Birdən kənarda əyləşib özlərinə sakit baxan Səlimi gördü. Səlimə əsəbi olsada, kişinin həyəcanlanmağını istəmirdi. Mələk zarafatla -kişiyə: qısa vaxtlıq əsdi – gurladı, artıq keçdi Murad dayı. Səlim sakit görsənirdi, Mələk çalışdı Səlimə baxıb olanları xatırlamasın. Kişinin əlini öpüb baxdı gülümsədi. Ancaq içində Səlimə qarşı nifrəti yox sayılmazdı. Səlim – babasına: nəvəndən çox istəyirsənmiş bunu, gözlərimin şahidi oldum. Mən şəhərdə böyüsəmdə, məndədə babamın qanından var. Hec az deyil belələrinə qarşı immunitetim, narahat olma babacan. Babası nəvəsinin qısqanaraq qıc olmasına gülümsədi, gözlərini yumub sakit dayandı. O arada Səlimlə Mələyin üzlərini ciddi ifadə aldı. İkisidə bir – birinə baxdılar nifrət və əsəbi baxışlarla.