Читать книгу Acı həyat. Roman онлайн
44 страница из 89
Axşam olmuşdu, Uğur işdən çıxaçaqdı Səlim gəldi. Uğur yaxşı bilirdi Səlimin xasiyyətini. Səlim gəlib qarşısında dayanıb baxdı, Uğurda baxdı Səlimə. Səlim əsəblə – Uğura: evinin açarlarını ver mənə, Uğur anladı Səlimin fikrini. Uğur – Səlimə: bax qardaşım çox yorğunam, yenə oyunlar açma dinç dur. Bir oyununun nəticəsi babana toxundu, yetmədimi? yetər məcə. Səlim – Uğura: qorxma sən heç, bu dəfə dostundan başqasına fəsadları toxunmayacaq. Uğur əlbətddə verməyəcəkdi açarları, Səlimdə bunu çox gözəl bilirdi. Uğur yanından keçib qapıda dayandı, – Səlimə: qapatmağım lazımdır mağazanı. Çıx deyə işarə etdi, və üzü qapı tərəfə döndü. Səlim kinlə baxıb, arxadan gedib cibindən çıxarıb Uğurun burnuna əl dəsmalını tutdu. Dəsmala nə vurmuşdusa Uğur huşunu iitirdi. Səlim Uğuru ehtiyatla yerə uzatdı. Bağışla xala oğlu, sən öz xoşula verməyəcəkdin açarlarını. Mağazaya iki nəfər oğlanlar girdilər. Səlim – olara: buna imkan verməyin burdan çıxsın. Ancaq elə edin ruhuda inciməsin, anladınız? oğlanlar hə dedilər. Səlim cibindən açarları götürüb, tələsərək çıxdı getdi mağazadan. Oğlanlar tez qapını bağladılar ki, görən olmasın.