Главная » Acı həyat. Roman читать онлайн | страница 43

Читать книгу Acı həyat. Roman онлайн

43 страница из 89

Beləcə bir neçə gün keçdi. Babası özünü biraz yaxşı hiss edirdi. Ancaq ayağa qalxıb gəzməyə qoymurdular. Mələk gəldi otağa əlində gül dəstəsi ilə, yanında Səlim oturmuşduşdu. Dənizdə əlində böyük vaza ilə gəldi. Mələk gətirib gül dəstəsini masaya qoydu, kişinin baş tərəfinə yaxın yerdən. Sən gülləri sevərsən Murad dayı, kişi gülümsəyib, – Mələyə: oxx çox gözəl qoxurlar qızım. Sanki həyətimizdəki qızıl güllər kimi, Dəniz babasının alnından öpdü. Canım babam mənim burdada var güllər, kəndə getməyinə gərək yoxdur. Kişi gülümsəyərək, – Dənizə: ürəyimsən mənim gözəl nəvəm. Mələk çalışırdı Səlimə fikir vermsin. Mələk – Dənizə: dalğa xanım, kəntdəki güllərimizi biz qoparmırıq. O üzdən güllərimiz uzun zaman qalırlar solmadan. Səlim – Mələyə: sən bacıma dalğamı dedin? Mələk – kişiyə: Murad dayı nəvənizə Dəniz adı vermisiniz. Dəniz xanımın dalğasında batan birinci mən oldum, o üzdən dalğa dedim. Mələyin zarafatla dediyi sözünə, babası qəh – qəhə cəkib elə güldü ki, hamısı baxdılar kişiyə. Mələk bu gülüşü özləmişdi çoxdan. Mələk – kişiyə: nəvənizədə Səlim adını verməyinizdə səhviniz olub. Tufan adı daha çox yaraşardı onada. Səlim əsəblə – Mələyə: gözlə batmayasan o tufanda. Mələk acıq verən hərəkətlə gəlib, Səlimin yanında əyləşib özünə yer etdi. Kişinin əlini tutub, deyəsən yağış yağacaq Murad dayı. Bax yenə birisi başladl əsib – gurlamağa. Dəniz Mələyin qardaşına ilişməsinə, eyni babası kimi ürəkdən güldü. Səlim əsəblə ayağa qalxıb çıxdı otaqdan. Kişi gülərək, – Mələyə: qızım gurlatma onu, tufan qopacaq yenə. Həkim mənə sakitlik lazımdır deyib, yenə ürəkdən güldü. İçəri atası girdiyində, öz atasının necə ürəkdən güldüyünü görüb, dayanıb baxıb gülümsədi. Səlimin gedişindəndə anladı ki, Mələk basmışdı quyruğunu. Atasının qızlarla necə mehriban və zarafatcıl olmasına baxıb gülümsədi.

Правообладателям