Главная » Acı həyat. Roman читать онлайн | страница 47

Читать книгу Acı həyat. Roman онлайн

47 страница из 89

Atası saatına baxdı, – Dənizə: qardaşın hardadır? Dəniz çiyinlərini çəkib bilmədiyini işarə etdi. Atası narahat oldu nədənsə, – Dənizə: Mələyə getməz elə deyilmi? Dəniz birdən kimisə görüb pərt halda baxdı. Atasıda dönüb baxdı, Səlimi ona yardım edən ikki oğlan, qollarını boyunlarına salıb gətirdilər. Atasıda, Dənizdə ayağa qalxdılar həyəçanla, nə oldu oğlum? indi gərcəkdən qəzamı etdin? narahat oldu. Bu anda arxadan Mələklə, Uğur gəldilər. Səlim halsız idi, başıda sarıqlı idi. Mələk arxadan gəlib Səlimin atasının qarşısında dayandı. Paşa bəy oğlunuzu təkrar mən bu günə qoydum, səbəbini sizə indi Uğur anlatar. Mən icazənizlə Murad dayıya baxım getdi, ardınca təçüblə baxdılar Mələyin. Atası tez yardım etdi oğlunu divana otuzdurdular. Dənizdə qardaşının yanında əyləşib, həyəcanla baxdı. Uğur gəlib qarşılarında dayanıb, əsəblə baxdı Səlimə və onu gətirən oğlanlara.

Mələk ehtiyatla qapını açıb gəldi kişi yatırdı, gəlib ehtiyatla yanında əyləşib baxdı. Kişi gözlərini açmadan – Mələyə: gəldinmi qızım? Mələk gülümsədi çarəsiz. Gəldim canım Murad dayım. Kişi gözlərini açmadan – Mələyə: bir neçə saat öncə Dənizə sən haqda danışdım, xatırlayıb çox güldüm. Mələk kişinin əlini tutub, nə danışdın Murad dayı? kişi gülümsədi. Dənizə danışdım sənin kəntdə yaramaz oğlanları necə döymən haqqında, hətta əlindən almaq çox çətin olardı. Mələk bir anlıq kənara baxdı, kişinin xəbəri yox idi nəvəsinin yaxşıca payını verdiyindən. Mələk – Kişiyə: bəzən yaramazlıq edənləri döyməyimə necə baxırsan? kişi gülümsəyib, yaramazları olar qızım. Mələk əlini üzünə çəkib, – kişiyə: bəzən yaramazları bir dəfə vurmaqla axıllanmırlar. Təkrar əl hərləməli olursan, kişi gözlərini açıb şüphəli baxışlarla baxdı. Mələk kənara baxdığında anladı, nə isə olmuşdu.

Правообладателям